13 Noyabr 2025 15:08
400
SİYASƏT
A- A+
Prezident İlham Əliyev xalqa xidmətin idarəçilikdə əsas iş prinsipi olduğunu bir daha xatırlatdı  

Prezident İlham Əliyev xalqa xidmətin idarəçilikdə əsas iş prinsipi olduğunu bir daha xatırlatdı  


Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul zamanı məmurlar qarşısında yeni tapşırıqlar qoydu. Dövlət başçımız növbəti dəfə bütün bölgələrdə vətəndaşın maraqlarını ön plana çıxardı. İlk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmağın əsas iş prinsipi olduğunu xatırlatdı. Bu, idarəçilikdə əsas şərtdir.

Cənab Prezident hər zaman bəyan edir ki, dövlət siyasətinin mərkəzində vətəndaş və onun maraqları dayanır. Bəzi məmur özbaşınalıqları ciddi narazılıq yaradır və dövlət başçısı belə halları birmənalı şəkildə yolverilməz hesab edir. Bu səbəbdən yeni təyin olunan icra başçıları ilə görüşdə ölkə başçısı konkret şəkildə bəyan etdi ki, məmurun təkəbbürü, özlərini hamıdan üstün tutmağa çalışması dövlət siyasətinə ləkədir. Korrupsiya, rüşvətxorluq hallarına yol verənlər isə mütləq qanun qarşısında cavab verməlidir və verir. İstənilən məmur anlamalıdır ki, ona verilən səlahiyyətdən sui-istifadə yolverilməzdir və əsas prinsip sosial ədalət prinsipidir.

Təbii ki, sosial ədalət müasir cəmiyyətin əsas dəyərlərindən biridir və bütün vətəndaşlar üçün bərabər imkanlar, hüquqlar və resurslara çıxışı təmin edir. Sosial ədalətin tətbiqi cəmiyyətin davamlı inkişafına müsbət təsir edir. Hər bir məmur və ya millət vəkili anlamalıdır ki, bərabər imkanlar, davamlı inkişafın təməli olan fundamental sosial hüquqlar təmin edilmədən sosial ədalət mümkün deyil. Beynəlxalq hesabatlarda da sosial hüquqların reallaşdırılması yoxsulluğun aradan qaldırılması, inklüziv cəmiyyət yaratmağı hədəfləyən və bərabərsizliyin azaldılması kimi davamlı inkişaf məqsədlərinə çatmaqla sıx bağlıdır.

Hər yeni təyin olunan məmur xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqla, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz şəxsləri seçməklə həm də Prezidentin seçiminin düzgün olduğunu sübut etməlidir.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası sayəsində bu gün bütün bölgələrdə müsbət dinamika müşahidə olunmaqdadır. İşğaldan azad olunmuş ərazilərimiz başda olmaqla bütün regionlarda müasir standartlara uyğun infrastruktur qurulub. Dövlət başçımız yerlərdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsini də yenidən gündəmə gətirdi. Bu kontekstdə bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir. Məqsəd bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyillərinin qarşısını almaqdır. Hazırda regionlarda bu məqsədlə müəssisələr yaradılır, sahibkarlara güzəştli kreditlər verilir, özünüməşğulluq proqramı uğurla icra edilir. Cənab Prezidentin yerlərdəki rəhbərlər qarşısındakı tələblərindən biri də iş yerlərinin yaradılması, iş adamlarına şərait yaradılması ilə bağlıdır. Yerli istehsalın inkişafı ilk növbədə məşğulluq məsələlərini təmin edir ki, bu da əhalinin rifahının yaxşılaşmasını təmin edən əsas faktorlardan biridir.

Hesab edirəm ki, hər bir məmur Cənab Prezidentin bu xəbərdarlıqlarından nəticə çıxaracaq.


Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!