16 Iyun 2022 17:58
873
Qəbullar
A- A+

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib YENİLƏNİB  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə dövlətimizin başçısı Azərbaycana səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoruna təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana verdiyi tövsiyələrin və ölkəmizlə əməkdaşlığın yüksək qiymətləndirildiyini qeyd etdi.

Tedros Adhanom Qebreyesus Azərbaycana səfərindən məmnunluğunu bildirdi və COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyətə görə təbriklərini çatdırdı, eyni zamanda, pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi könüllü maliyyə töhfələrinə və dəstəyinə görə təşəkkürünü bildirdi.

Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini və Anlaşma Memorandumunun imzalandığını vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü, vəziyyətin tam nəzarətdə saxlanıldığını, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını qeyd etdi. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizə aparılmasına dair dövlətimizin siyasətinin vətəndaşlar tərəfindən böyük etimadla qarşılandığını və əhalinin pandemiya ilə mübarizə qaydalarına riayət etməsini məmnunluqla bildirdi. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərimizdə səhiyyə infrastrukturunun qurulması layihələri ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın vacibliyini qeyd etdi.

Tedros Adhanom Qebreyesus Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi uğurlara görə bir daha təbriklərini çatdırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video