Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından 2022-ci ilin də çox uğurla başa çatdığını bildirərək bu il Özbəkistana 3 dəfə səfər etdiyini xatırlatdı. Prezident İlham Əliyev bu səfərlər zamanı keçirilən görüşlərdə əməkdaşlığımızın genişlənməsi ilə bağlı müəyyən edilmiş bütün sahələr üzrə qarşıya qoyulan məqsədlərə çatmaqdan məmnunluğunu ifadə etdi və 2023-cü ildə də əlaqələrimizin inkişaf dinamikasının saxlanılacağına əminliyini bildirdi. Dövlətimizin başçısı sənaye, kənd təsərrüfatı, hərbi-texniki, nəqliyyat, təhsil sahələrində və digər sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün yaxşı zəmin yaradıldığını vurğuladı.
Cəmşid Xocayev, ilk növbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ad günü münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı, Azərbaycan və Özbəkistan dövlət başçıları arasında şəxsi əlaqələrin münasibətlərimizin inkişafında rolunu xüsusi olaraq qeyd etdi, belə bir əlamətdar gündə Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük şərəf hissi duyduqlarını dedi.
Prezident İlham Əliyev salamlara və təbrikə görə minnətdarlığını bildirdi, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş etdi.
Torpaqlarımızın işğaldan azad edilməsi və Vətən müharibəsində əldə olunan Qələbə münasibətilə dövlətimizin başçısını təbrik edən Cəmşid Xocayev vurğuladı ki, bu, bütün Türk dünyasının Qələbəsidir. Qonaq dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın iqtisadi inkişafını və əldə etdiyi nailiyyətləri xüsusi qeyd etdi.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparıldı, ticarət dövriyyəsinin artdığı qeyd olundu, birgə investisiya fondunun yaradılması istiqamətində dövlət başçıları arasında müvafiq razılığa əsasən həyata keçirilən iş barədə danışıldı.
Söhbət zamanı nəqliyyat, istehsalat kooperasiyası, energetika, yüngül sənaye, xüsusilə ipəkçilik və pambıqçılıq sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
20 Aprel
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan...
20 Aprel
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respubli...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq ed...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edil...
20 Aprel
"Səba" ASC-nin səhmdarlarının nəzərinə!
20 Aprel
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
20 Aprel
Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri ke...
20 Aprel
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
19 Aprel
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!