05 Oktyabr 2022 15:09
678
Qəbullar
A- A+

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi. Bu ilin martında xanım Maimuna Mohd Şərifin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüş zamanı müzakirə olunan məsələlərin reallaşdırılması istiqamətində əldə edilən irəliləyişləri müsbət qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd etdi.

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirdi və Milli Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə görə təbriklərini çatdırdı. Azərbaycanla Məskunlaşma Proqramı arasında əməkdaşlığın hərtərəfli qaydada inkişaf etdiyini vurğulayan Maimuna Mohd Şərif Prezident İlham Əliyevin Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasındakı çıxışını məmnunluqla xatırladı, UN-HABITAT-ın Nyu-Yorkda keçirilən toplantısında, həmçinin Katovitsedəki tədbirdə Azərbaycan nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirdi. O, Azərbaycan hökumətinin UN-HABITAT-ın fəaliyyətinə verdiyi dəstəyə, o cümlədən könüllü maliyyə töhfəsinə görə dərin təşəkkürünü ifadə etdi.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma fəaliyyəti həyata keçirdiyinə toxunan BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru həmin ərazilərdə görülən işlərin miqyasından və sürətindən heyranlığını ifadə etdi, qısa zaman ərzində ölkəmizin şəhərsalma sahəsində müasir yanaşmalar tətbiq edərək belə nailiyyətlər qazanmasını xüsusi vurğuladı. O, həmçinin UN-HABITAT-ın bu prosesdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirdi və Azərbaycan üzrə hazırlanmış layihə sənədini dövlətimizin başçısının diqqətinə çatdırdı.

Prezident İlham Əliyev Azərbaycanın UN-HABITAT-la əməkdaşlığı bundan sonra da genişləndirəcəyini və Proqramın fəaliyyətinə dəstək göstərəcəyini bildirdi. Dövlətimizin başçısı Milli Şəhərsalma Forumunun ölkəmizdə illik əsasda keçiriləcəyini qeyd etdi.

Sonda qonaq Məskunlaşma üzrə ölkə proqramı sənədini - Azərbaycan Respublikasında BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq strategiyasını dövlətimizin başçısına təqdim etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video