Prezident Administrasiyasında Gələcək Azərbaycan Partiyasının sədri ilə görüş keçirilib
Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu arasında görüş keçirilib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şöbə müdiri ölkəmizdə siyasi dialoq mədəniyyətinin və cəmiyyətin inkişafı naminə həyata keçirilən iqtidar-müxalifət əməkdaşlığının keçmişi, bu günü və perspektivlərindən söz açıb, siyasi tariximizin zənginləşməsində, dövlətçiliyimizin möhkəmlənməsində siyasi partiyaların rolunun önəmli olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyəti üçün geniş zəmin yaradıldığı, həmçinin siyasi partiyaların qərargahla təmin olunması, qurultaylarının nəticələrinin dövlət qeydiyyatına alınması, fəaliyyətlərinin legitimləşdirilməsi, ölkədə fəaliyyət göstərən dövlət və özəl media resurslarına maneəsiz çıxış imkanlarının yaradılması, ölkədə milli və siyasi həmrəyliyin təmin olunması, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması və digər məsələlər yeni siyasi konfiqurasiyanın əsas konturları kimi qeyd olunub. Şöbə müdiri, həmçinin əksər siyasi partiyaların sağlam iqtidar-müxalifət dialoqunun və çoxpartiyalı siyasi sistemin inkişafına öz töhfəsini verdiklərini qeyd edib.
Prezident İlham Əliyevin “indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz...Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır” fikirlərinin real nəticələr verdiyinə diqqət çəkən Ədalət Vəliyev bu prosesdə Gələcək Azərbaycan Partiyasının fəal iştirak edəcəyinə əminliyini bildirib.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu öz növbəsində ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində görülmüş işləri yüksək qiymətləndirib, ölkəmizin rifahını və dövlətimizin güclənməsini istəməyən azsaylı radikal şəxslərin arzuolunmaz fəaliyyətindən bəhs edib. Uğurlu xarici siyasət nəticəsində Azərbaycanın dünyanın ən fərqli geosiyasi qütbləri ilə münasibətlərini qoruduğu, beynəlxalq güc mərkəzlərindən gələn təzyiqləri neytrallaşdırdığı və bütün bunların nəticəsində sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevrildiyi qeyd olunub. Bildirilib ki, bu gün ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq, dövlətimizin güclənməsini, xalqımızın sosial rifahının daha da yaxşılaşmasını istəyən hər bir vətənpərvər şəxs Azərbaycanın uğurlarına sevinməli, bu uğurların davamlı olması üçün özü də əlindən gələni əsirgəməməlidir. Bu işdə Gələcək Azərbaycan Partiyası da öz köməyini göstərməyə daim hazırdır.
Sonda tərəflər konstruktiv əməkdaşlığın əhəmiyyətini nəzərə alaraq, bu işi sistemli şəkildə davam etdirmək barədə fikir mübadiləsi aparıblar. Mayın 22-də Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş görüş yüksək qiymətləndirilib, iki ölkə arasında sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılmasını regionda sülhün və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayacağı bildirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hökumət Evində Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb
05 Iyul
Milli Məclisin növbədənkənar sessiyasında növbəti iclasın gündəliyinə 14 məsələ daxil edilib ...
05 Iyul
Mərkəzi Bank Azərbaycan Beynəlxalq Bankına 236 milyon ABŞ dolları həcmində vəsait satıb
05 Iyul
Milli Məclisin sədr müavini: Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatı vasitəsilə parlament diplo...
05 Iyul
Şuşada Milli Məclisin komitələrinin iştirakı ilə birgə dinləmə keçirilib
05 Iyul
“Bizim həyət” layihəsi çərçivəsində növbəti həyət istifadəyə verilib
05 Iyul
Baş prokuror İmişlidə vətəndaşlarla görüşüb
05 Iyul
İlin sonunda Bakıda Xəzər dənizi ilə bağlı iki beynəlxalq tədbir keçiriləcək
05 Iyul
İyulun 5-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 230 doza vaksin vurulub
05 Iyul
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 49 yoluxma faktı qeydə alınıb
05 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!