23 Sentyabr 2022 12:40
450
DÜNYA
A- A+

PKK/KCK terror təşkilatının iki üzvü ələ keçirilib

 

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı tərəfindən ölkə sərhədinə yaxın bölgədə keçirilən əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının iki üzvü ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, onlardan biri “Dövlətin birliyini və ölkənin bütövlüyünü pozma” cinayətinə görə qırmızı bülletenlə axtarışda olan PKK/KCK üzvü Atilla Çiçək (kod adı Leheng), digəri isə təşkilatın guya məsul şəxslərindən biri olan Hüseyn Yıldırımdır (kod adı Alişer).

Terrorçular Türkiyəyə ekstradisiya olunublar.

Qeyd edək ki, Türkiyənin Tunceli vilayətində 2012-ci il sentyabrın 25-də altısı hərbçi, biri mülki vətəndaş olmaqla qətlə yetirilən yeddi nəfərin öldürülməsində, eləcə də 2020-ci il avqustun 29-da Ağrının Doğubəyazıt rayonunda Türkiyə Silahlı Qüvvələrinin iki üzvünün şəhid olduğu bombalı hücumun səbəbkarları arasında yer alan Atilla Çiçəyin Suriya və İranda, Hüseyn Yıldırımın isə Suriya və İraqda təşkilatın məsul üzvü səviyyəsində fəaliyyət göstərdikləri müəyyən edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video