14 Yanvar 2025 08:25
427
SİYASƏT
A- A+
Paşinyan manipulyativ açıqlamalarla ictimaiyyəti çaşdırmağa çalışır

Paşinyan manipulyativ açıqlamalarla ictimaiyyəti çaşdırmağa çalışır


"ATƏT-in Minsk qrupu BMT-nin 4 qətnaməsinin icra edilməsi, Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması və münaqişənin danışıqlar yolu ilə həll olunması üçün yaradılmışdı. Amma torpaqlarımızda erməni işğalı davam etdiyi dövrdə bu qrupun heç bir fəaliyyəti olmadı və münaqişənin danışıqlar yolu ilə həll olunması istiqamətində hansısa addımın atılmasına təşəbbüs göstərilmədi". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, 28 ildə Minsk qrupunun həmsədrləri mütəmadi olaraq regionumuza turist səfəri ediblər: "Cənubi Qafqaz Minsk qrupunun həmsədrləri üçün istirahət mərkəzi olub. Özlərinin fəaliyyətsizliyindən heç utanıb-qızarmırdılar və boş-boşuna danışıb qayıdırdılar". Təbii ki, onlara Qərbdən verilmiş tapşırıq münaqişəni əbədiləşdirmək və Azərbaycanı işğalla barışdırmaq idi. "Dövlət başçımız isə xalqımızın işğal faktı ilə heç vaxt barışmayacağını dəfələrlə bildirmiş və münaqişə danışıqlar yolu ilə həll olunmazsa, ədaləti güc yolu ilə bərpa edəcəyimizi açıq şəkildə bəyan etmişdi. Belə də oldu. Nəhayət, 44 günlük savaşda işğala son qoyulmaqla ərazi bütövlüyümüz bərpa edildi. 2023-cü ildə isə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə bütün ərazilərimizdə konstitusion quruluş bərpa olundu və erməni separatçılığına son qoyuldu", - deyə deputat əlavə edib. 

Azərbaycanın müharibədən sonra Ermənistana düşmənçilik səhifəsini bağlamağı və münasibətlərə təmiz vərəqdən başlamağı təklif etdiyini xatırladan A.Badamov bildirib ki, iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün müəyyən etdiyimiz tələblər Ermənistan tərəfindən birmənalı icra olunmalıdır. Bu tələblərimizdən biri də tarixin arxivinə göndərdiyimiz Minsk qrupunun ləğv olunması üçün ATƏT-ə birgə müraciətin ünvanlanmasıdır. Azərbaycan Vətən müharibəsi başa çatdığı ilk gündən Ermənistanı belə bir müraciət etməyə çağırıb. Amma təəssüf ki, Ermənistan digər məsələlərdə olduğu kimi, bu məsələdə də konstruktivlikdən uzaq olaraq razılığını bildirməyib.  

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən sonra Ermənistanda müəyyən hərəkətlilik müşahidə edilir: "Belə ki, Paşinyan administrasiyası Ermənistanın Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etməyi nəzərdən keçirdiyinə dair açıqlama verib. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və belə addımı Azərbaycandan da gözlədiyini bildirərək Qərbi Azərbaycana özlərinin düşüncəsi ilə yanaşıblar. Ermənistanın belə açıqlamalar verməsi sülh məsələsinin onların da gündəliyində olduğunun görüntüsünü yaratmaq məqsədini daşıyır.  Əgər Paşinyan sülh müqaviləsinin imzalanmasını istəyirsə, burada çətin riyazi alqoritmlərin həll olunması lazım deyil. Azərbaycanın tələbləri aydın və dəqiqdir, o cümlədən bu tələblər beynəlxalq hüquqa əsaslanır və suveren ölkələr arasında münasibətlərin qurulması üçün müəyyən olunmuş normalardır. Amma ermənilər boş-boşuna bir-iki cümləni  dövriyyəyə buraxır və  dayanıqlı sülhün əldə olunması üçün hər hansı ciddi addım atmırlar".  

A.Badamov xatırladıb ki, Ermənistan buna oxşar açıqlamanı 2023-cü ilin avqustunda da vermişdi, amma həmin ilin sentyabrında Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirməyə məcbur olmuşdu. İndi də Ermənistanın ikibaşlı açıqlamaları bizi ikitərəfli münasibətlərin formalaşdırılması prosesində düşünməyə vadar edir. Paşinyan manipulyativ açıqlamalar verməklə, ictimaiyyəti çaşdırmağa çalışır.  

Deputat hesab edir ki, Qərb Ermənistanı silahlandırmağa davam etdikcə iki ölkə arasında sülh məsələsi ancaq danışıqlar predmeti olaraq qalacaq. 


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Texniki təhlükəsizlik haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 139-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

01:39
15 Noyabr

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2011-ci il 20 iyul tarixli 472 nömrəli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli və "AYNA" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

01:38
15 Noyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:33
15 Noyabr

Türkiyəli mütəxəssislər təyyarə qəzası ilə bağlı işləri davam etdirirlər  

23:40
14 Noyabr

SOCAR və “DeGolyer and MacNaughton” şirkəti əməkdaşlıq imkanlarını müzakirə edib  

22:28
14 Noyabr

Rusiyalı professor: Azərbaycan regionda təhlükəsizliyin qarantına çevrilir

22:25
14 Noyabr

DİN: “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı iddialar araşdırılır  

22:20
14 Noyabr

YAP-ın müasir dövlətçilik tariximizdə yeri və rolu barədə tədbir təşkil olunub  

22:19
14 Noyabr

Mariyana Kuyundziç: Azərbaycanlı gənclər yaradıcı və təşəbbüskardırlar  

22:15
14 Noyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb  

22:11
14 Noyabr

Sənayedə qeyri-dövlət sektorunun payı 79,3 faiz olub  

22:09
14 Noyabr

Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib  

20:23
14 Noyabr

“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü  

20:21
14 Noyabr

Rusiyalı politoloq: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri daha da güclənib

19:16
14 Noyabr

Amerikalı ekspert: Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında mərkəzi rol oynayır  

18:43
14 Noyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında çoxsəviyyəli əməkdaşlıq: yeni imkan və perspektivlər  

18:20
14 Noyabr

Milli Məclisin növbəti iclaslarının vaxtları açıqlanıb  

18:07
14 Noyabr

“Konstitusiya və Suverenlik İli” dövlət müstəqilliyimizin hüquqi dayaqlarına verilən böyük önəmin göstəricisidir  

17:55
14 Noyabr

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə həlak olanların dəfn mərasimində rəsmi şəxslər iştirak ediblər  

17:52
14 Noyabr

İqtisadi fəal əhalinin sayı açıqlanıb  

17:50
14 Noyabr

Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb

17:50
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!