24 Yanvar 2025 18:44
1231
PARLAMENT
A- A+
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Sadiq Qurbanov iclasın gündəliyinə 5 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.

Komitə sədri əvvəlcə, gündəliyin birinci məsələsi – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, 18 məsələ müzakirəyə çıxarılıb. Sadiq Qurbanov, ötən sessiya dövründə müzakirəyə çıxarılan bir sıra qanun layihələrinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu dövr ərzində 5 qanun layihəsi üç oxunuşda, 3 qanun layihəsi isə bir oxunuşda qəbul edilib.

Qeyd olunub ki, payız sessiyası dövründə komitə sədri və üzvləri xarici ölkələrdə və parlamentdə keçirilən beynəlxalq tədbirlərdə, görüşlərdə, o cümlədən COP29 çərçivəsində keçirilən tədbirlərdə fəal təmsil olunublar, mediada və sosial şəbəkələrdə aktiv çıxış ediblər. Eyni zamanda, bildirilib ki, hesabat dövründə komitəyə daxil olan 164 müxtəlif xarakterli müraciət araşdırılaraq müvafiq qurumlara yönləndirilib. Payız sessiyası ərzində komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, vətəndaş qəbulları təşkil edərək onların ərizə və şikayətlərinin həlli istiqamətində tədbirlər görüblər.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2025-ci ilin yaz sessiyası üçün 13 bənddən ibarət iş planının layihəsini təqdim edən komitə sədri qeyd edib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin müzakirəsi, komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimai dinləmələrin təşkili və digər məsələlər nəzərdə tutulub.

Sonra komitə sədri Sadiq Qurbanov gündəlikdəki qanun layihələrini təqdim edib.

“Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə danışan komitə sədri bildirib ki, sənəd üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Keçən ilin noyabrında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində dövlət başçıları tərəfindən imzalanan bu sənəd Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı üçün yeni imkanlar açır və yaşıl, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin edilməsi və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı isə qeyd olunub ki, Mərkəzin yaradılması, üzv dövlətlərin bərpaolunan enerji və enerji səmərəliliyinin təşviqi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və davamlı enerji həllərinin inkişafı sahəsindəki birgə səylərini əks etdirir. Mərkəz dayanıqlı enerji layihələrini həyata keçirmək, texniki dəstək göstərmək və qlobal enerji məsələləri ilə bağlı bilik və məlumatlılığı artırmaq məqsədi güdür. Azərbaycanın bu Mərkəzə ev sahibliyi etməsi, regional və qlobal səviyyədə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, strateji təşəbbüslərin həyata keçirilməsinə, innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsinə və ekoloji davamlılığın artırılmasına əhəmiyyətli töhfə olacaq.

Sonra deputatlar gündəlikdəki cari məsələləri müzakirə ediblər.

Müzakirələr zamanı çıxış edən deputatlar payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini qeyd ediblər, yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsini müsbət qiymətləndiriblər. Deputatlar müzakirəyə çıxarılan məsələlərlə bağlı çıxış ediblər, qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin yekununda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib. Qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!