16 May 2022 21:31
151
CƏMİYYƏT

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi Fransa Ravvinləri Konqresinə ev sahibliyi edir

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzi Fransa Ravvinləri Konqresinə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, mayın 16-da konqresdə İsrailin baş ravini Şlomo Moşe Amar, Fransanın baş ravini Haim Korsiya, Azərbaycan yəhudi icmasının ravvinləri Şneor Seqal və Zamir İsayev, Fransanın müxtəlif şəhərlərindən, eləcə də Polşa və Ukraynadan ravvinlər iştirak ediblər.

Tədbirdə iştirakçılar gələcək fəaliyyətlərinə dair müzakirələr aparacaqlar. İndiyədək yalnız milli səviyyədə keçirilmiş Konqres bu il beynəlxalq əhəmiyyət səviyyədə təşkil olunub. Belə ki, dünyanın bir çox ölkələrindən də yəhudi icmalarının ravvinləri konqresə qatılıblar. Səksəndən çox ravvinin iştirakı ilə keçirilən tədbir iki gün davam edəcək.

Konqres Fransanın baş ravvini Haim Korsianın çıxışı ilə başlayıb. Konqresdə yəhudi xeyir-duası oxunduqdan sonra Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev çıxış edərək, ölkəmizdə yəhudi icmasının tarixi, müasir vəziyyəti, onlara göstərilən dövlət qayğısı, respublikamızda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə mehriban yaşayış mühitindən danışıb.

Azərbaycan yəhudi icmalarının ravvinləri Şneor Seqal və Zamir İsayev çıxışlarında bu gün ölkəmizdə yaşayan yəhudi icmalarından, yəhudi məktəblərindən, tolerantlıqdan, multikultural ənənələrimizdən, digər dini icmalarla bərabər, yəhudilərə də göstərilən dövlət qayğısından söz açıblar.

Bildirilib ki, dünyanın dini liderlərini bir araya gətirən Azərbaycanın ən böyük sərvəti məhz onun dini və etnik müxtəlifliyidir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.

Sonra Azərbaycanın Fransadakı səfirliyi tərəfindən hazırlanan və ölkəmizin multikulturalizm mühitinə həsr edilən videoçarx nümayiş olunub. Videoçarxda Azərbaycan Prezidenti İlham Əliyevin dünyada sülhün əhəmiyyəti barədə fikirləri yer alıb: “Biz istəyirik ki, dünyada sülh, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma olsun, ölkələr bir-birinin işinə qarışmasın. Belə olan halda müharibələr də olmayacaq və bütün dünyada sülh bərqərar olacaq”.

Tədbirdə Fransa ravvinlərinə Azərbaycandakı yəhudi icması, eləcə də multikulturalizm ənənələri haqqında ətraflı məlumat verilib.

Konqres Ravvinlərin Ali Şurasının fəaliyyəti, eləcə də yəhudi rituallarına dair müzakirələrlə davam edib. Konqres öz işini mayın 17-dək davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu daim oynayıb, oynayır və bundan sonra da oynayacaq. Azərbaycan dinlərarası dialoq sahəsində qədim ənənələrə malikdir. Azərbaycan bütün dövrlərdə olduğu kimi, bu gün mürəkkəb dünyamızda da bu istiqamətdə nümunəvi ölkə olaraq qalmaqdadır. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, etnik qrupların nümayəndələri sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində mehriban yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycan öz sərhədlərindən uzaqda da müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri ilə dostluq əlaqələrini davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video