15 Yanvar 2022 00:31
315
Elm və texnika
A- A+

“Panasonic”dən yenilik

 

“CES 2022” sərgisində “Panasonic” şirkəti “MeganeX” adlandırılan yeni “Virtual Reallıq” eynəyi təqdim edib.

Şirkət sözügedən cihaz üzərində 2020-ci ildən çalışır. Digər analoji cihazlardan fərqli olaraq, “MeganeX” kompakt ölçüsü və yüngül çəkisi ilə diqqəti cəlb edir. Bunların sayəsində ondan istifadə etmək daha rahatdır. Çəkisi cəmi 250 qramdır. Eynək “Qualcomm Snapdragon XR1” prosessoru əsasında qurulub. “MeganeX”dən ayrıca istifadə etmək mümkün deyil. Belə ki, onu mütləq şəkildə USB girişi vasitəsilə oyun kompüterinə qoşmaq lazımdır.

“Virtual Reallıq” eynəyi “SteamVR” ilə çalışmaq üçün nəzərdə tutulub və bu platformada olan bütün oyunları və tətbiqləri dəstəkləyir. “MeganeX” micro-OLED ekranlar ilə təchiz olunub və 2560x2560 piksel keyfiyyətli təsviri istifadəçiyə təqdim edir.

“Panasonic” öz yeni cihazını xüsusi kondisioner sistemi ilə təchiz etməyi planlaşdırır. Həmin sistem sayəsində istifadəçi virtual mühitdə soyuğu və ya istiliyi də “hiss edə” biləcək.

“MeganeX” yaxın aylarda satışa çıxarılacaq.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video