Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan təbiətinin bu nadir incisi xarici turistləri də heyran edir
Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra turizmin inkişafı da dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi və bu, iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi böyük əhəmiyyət kəsb etdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirildi. Ulu Öndərin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına da imkan yaratdı.
Azərbaycana gələn turistlərin sayı 34 faiz artıb
Turizmin inkişafı ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmış, Milli Məclisdə "Turizm haqqında" qanun qəbul edilmiş, 27 iyul 1999-cu ildə Ulu Öndər Heydər Əliyev "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Fərman imzalamışdır. Sonrakı illərdə də bu sahəyə xüsusi diqqət ayrılmış, böyük işlər görülmüşdür.
Turizmin inkişafına göstərilən dövlət qayğısının nəticəsisdir ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 1.231.104 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur.
Azərbaycana səfər edən vətəndaşların sayına görə Rusiya, Türkiyə, Hindistan, İran və Gürcüstan ilk beşlikdə qərarlaşır. Beynəlxalq səviyyədə fəaliyyətə gəlincə, demək olar ki, bu istiqamətdə də böyük irəliləyiş var. Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı İndeksinə əsasən, Azərbaycan əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb. Böyük səy və həvəslə hazırlaşdığımız COP çərçivəsində ölkəmizə 100 min nəfərə yaxın turistin gəlişi gözlənilir.
Ölkəmizdə turizm Prezident İlham Əliyev tərəfindən müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması kimi uğurla inkişaf etdirilir. Son illər sağlamlıq turizmi, dəniz turizmi, səyahət turizmi, dağ turizmi, kənd turizmi dünya səyahətçilərini daha çox maraqlandırır. Bunlara aid olan məkanlardan biri də 2021-ci il aprelin 22-də təməli Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Abşeron rayonu, Qobustan kəndinin ərazisində qoyulmuş Palçıq Vulkanları Turizm Kompleksidir.
Vulkanların 60 faizi aktivdir
Bu günlərdə böyük maraqla ünvanına yollandığımız yeni turizm kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılıb. Bura "Qılınc" palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu kompleks "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" layihəsi çərçivəsində icra olunub.
Təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan da palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb.
Palçıq Vulkanları Turizm Kompleksində "Qılınc" palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 təpədən ibarətdir. Təpələrin iri qrunt süxurları böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirir. İyirmi hektar sahəyə yayılan qrunt suxurlarının uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılır.
Prezident İlham Əliyev 2024-cü ilin 13 iyununda Abşeron rayonunda yerləşən Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib. Müasir tələblərə cavab verən bu kompleks 12 hektar ərazini əhatə edir. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir.
Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə ustad dərsləri təşkil ediləcək.
Azərbaycan faunasının qədim nümunələri
İnformasiya Mərkəzində yaradılan Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin "Böyük pişiklər", "Qobustan faunası", "Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri", "Azərbaycanın həşərat dünyası", "Kiçik ölçülü heyvan skeletləri" guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər nümayiş etdirilir. Buradakı bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir.
Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar sərgilənib. Uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları görüntülənir. Burada həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.
Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli mineral növü nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən - Qobustandan tutmuş Naxçıvana qədər, əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və digər geoloji nümunələrlə yaxından tanış ola bilirlər. İki hissədən ibarət sərginin birinci bölməsində palçıq vulkanlarının püskürdüyü qaya nümunələri, digər bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında tapılan mineral mümunələr sərgilənib.
Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və onların təbiət irsi kimi təbliğinə şərait yaradır.
Turistlərin sevimli məkanı
Bu ərazidə 110 nəfərlik restoran tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib, panoramalı müşahidə nöqtəsi və meydança salınıb. Müşahidə meydançasına qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.
Kompleksin ərazisində əcnəbi səyahətçilərlə yanaşı, yerli turistlər də çoxluq təşkil edirdi. Bələdçinin məlumatlarından sonra ətrafındakılara palçıq vulkanları, habelə onların iqtisadi əhəmiyyəti və müalicəvi xüsusiyyətləri barədə kitablarda, qəzet və jurnallarda oxuduqlarından, televiziya və radioda eşitdiklərindən həvəslə açıqlama verən səyahətçi ilə yaxından tanış olduq: Şəmkir rayonunun Düzqışlaq kəndinin sakini Afiq Elbəyli ali təhsilli coğrafiya müəllimidir. Maraqlı söhbətlərinə görə təşəkkür edib, "istirahətiniz necə keçir?" deyə, təəssüratını bizimlə bölüşməsini xahiş etdik.
- Həyat yoldaşım, oğlum Şahin və nəvəmlə üç gündür buradayıq. Yaradılan şərait turistlərdə məmnunluq doğurur. Havalar isti keçdiyindən günorta saatlarında gəzintidə az oluruq. Gördüyünüz kimi, sərgi zalı və emalatxanada günün bütün saatlarında turist bolluğu müşahidə edilir. İnsanlar burada palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə edirlər. Bu həm də insanlara əlavə bilgi verir. Gəlişimizdən və xidmətdən razıyıq, nəzərdə tutmuşuq ki, sağlıq olsa, gələn il yenə də bura gələk. Bütün bunlara görə, dövlətimizə və burada xidmət göstərən işçi heyətinə minnətdarıq.
Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edə bilirlər. İnanırıq ki, COP29-a gələn xarici turistlər bu təbiət möcüzəsini heyranlıqla ziyarət edəcək.
Rəhman SALMANLI,
"Azərbaycan"
Qarabağ Universitetinin 1200 yerlik tələbə yataqxanası VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Sabirabadda vətəndaşlarla görüşüb
Sabah hava tutqun olacaq, yağış yağacaq
İrəvanın mərkəzində 40-a yaxın insanın iştirakı ilə silahlı qarşıdurma olub
Ekspert: dünya qlobal münaqişə astanasında dəyişir
Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
“NEQSOL HOLDING” və “GILTEX” şirkətləri COP29-un tərəfdaşları elan edilib
Bloomberg: Maskın Bayden və Harrisə sui-qəsdlə bağlı yazısı araşdırılır
İtkin şəhid Tərlan Rüstəmov Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb
IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qaliblərinin adları açıqlanıb
Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
Livanda yeni partlayışlardan qorxaraq telefonları söndürürlər
“Tacikistan Dəmir Yolları”: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
İtkin şəhid Mübariz Məmmədov Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb
Prezident İlham Əliyev: Biz işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır
Prezident: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
Yay tətili zamanı Bakıda 20 küçə və prospekt təmir olunub
Türkiyə müdafiə naziri: Azərbaycanın yanında olacağıq
Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!