08 Fevral 2023 12:09
424
DÜNYA
A- A+

Pakistanın Baş naziri Türkiyəyə səfərini təxirə salıb  

 

Pakistanın Baş naziri Şahbaz Şərif zəlzələdən sonra həmrəylik nümayiş etdirərək Türkiyəyə səfərini təxirə salıb.

AZƏRTAC “The News International” qəzetinə istinadla xəbər verir ki, səfərin yeni tarixi sonra elan olunacaq. Pakistan hökumətinin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla humanitar yardımı müzakirə etməyi və zəlzələdən zərər çəkən bölgələrə ziyarəti planlaşdırırdı.

Fevralın 7-də Pakistan Ankaraya mobil hospital, humanitar yardım, həkimlər qrupu və xilasedicilər göndərib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Yeraltı təkanlar Türkiyə ilə yanaşı Suriyada da dağıntılara və tələfata səbəb olub, həmçinin regionun bir çox ölkələrində hiss edilib. Beynəlxalq “Qızıl aypara” cəmiyyətinin məlumatına görə, zəlzələ nəticəsində Suriyada 1,5 mindən çox insan həlak olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video