Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Özbəkistandakı Azərbaycan səfirliyinin təşəbbüsü ilə Özbəkistan mətbuatında Azərbaycan-Özbəkistan əlaqələrinə həsr edilmiş məqalə yayımlanıb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, müəllifi tanınmış jurnalist, yazıçı İsmat Kuçiyev olan məqalədə iki qardaş ölkə arasında mövcud olan hərtərəfli əlaqələrdən söz açılıb.
Məqalədə deyilir ki, son illər Özbəkistan və Azərbaycan arasında bütün sahələrdə intensiv qarşılıqlı fəaliyyət vardır və bu qarşılıqlı fəaliyyətin nəticəsidir ki, iqtisadi, regional, mədəni, enerji, nəqliyyat, təhsil sahələrində yeni müştərək layihələr planlaşdırılmış, gələcək inkişaf strategiyası müəyyən edilmişdir. Bundan əlavə ölkələrimiz arasında şəhərlərin qardaşlaşması, turizm istiqamətlərinin aktivləşməsi, yeni müəssisələrin açılması, biznes layihələrinin icrası, iqtisadiyyatın ən prioritet sahələrində investisiya əməkdaşlığının miqyasının genişlənməsi, toxuculuq, avtomobil sənayesi, məişət texnikası istehsalı, qida məhsulları, əczaçılıq kimi sahələrin inkişaf etdirilməsi də prioritetdir.
Qeyd olunur ki, avqustun 22-23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı ilki ölkə arasında Müttəfiqlik Münasibətləri Müqaviləsi imzalanıb ki, bu tarixi hadisə hər iki ölkənin dövlətçilik tarixində yeni bir səhifədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sözlərinə görə, çoxları bu hadisənin əhəmiyyətini hələ tam dərk etmir. Özbəkistanın bir çox dövlətlə oxşar müqavilələri yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, tərəflər münasibətlərdə sadəcə yeni fəsil deyil, yeni kitab açıblar. Səfər zamanı Ali Dövlətlərarası Şuranın müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün yeni təkliflərin hazırlanması və həyata keçirilməsi naminə təsirli bir mexanizmin yaradılması məqsədilə görüşlər də keçirilmişdir.
Məqalədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın da ictimai-siyasi fəaliyyəti geniş şəkildə işıqlandırılıb.
Sözügedən məqalə ilə aşağıda qeyd edilmiş linkdə https://www.kultura.uz/view_2_r_21275.html tanış olmaq olar.
Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 1,3 faiz artıb
“Fənərbaxça”nın legioneri əlinin böyüklüyü ilə diqqət çəkdi
"Neftçi" bu 2 ildə Abasova nə qədər PUL QAZANDIRACAQ?
Venesuela təzminat istəyir
“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına
Çin Rusiya ilə hərbi əlaqələri genişləndirməyə hazırdır
500-ə yaxın əfqan əsgər Britaniyada yaşayacaq
Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb
Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib
Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq
Milli futbol liqaları FIFA-nı məhkəməyə verib
İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yardımını unutmayacaq
Böyük Britaniya Gürcüstanla dialoqu dondurdu
Qlobal dövlət borcu 100 trilyonu ötəcək
Macarıstanın Baş naziri COP29-da iştirak edəcək
Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb
“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib
Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb
Trampdan təklif: həmin gün ordudan istifadə edilməlidir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!