Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Oturaq həyat tərzinin bir çox xəstəliklərə yol açdığı, ölüm riskini artırdığı məlumdur. Hazırda dünyada milyonlarla insan hərəkətsizliyin səbəb olduğu xərçəng, yüksək təzyiq, ürək-damar, şəkər kimi xroniki xəstəliklərdən əziyyət çəkir.
Bəşər tarixinin ilk dövrlərində tələbatların ödənilməsi üçün hərəkət qaçılmaz zərurət idi. İnsanlar ov ovlamaq, yemək toplamaq və digər həyati fəaliyyətlər üçün daim hərəkətdə olurdular. İnsan orqanizmi uzun məsafələrə yeriməyə, qaçmağa və müxtəlif fiziki fəaliyyətlərə uyğunlaşmışdı. Lakin sivilizasiyanın inkişafı ilə bunlar dəyişdi. Əsrlər boyu yeriməyə və köçəri həyat tərzinə öyrəşmiş insanlar sonrakı dövrdə oturaq həyat tərzinə keçdilər. Təsəvvür edin ki, daş dövründə bir insanın gündəlik kalori ehtiyacı təxminən 7 min idi. Bu isə indiki peşəkar idmançıların enerji ehtiyaclarına bərabərdir.
Qədim dövrlərdə insanlar qidalanmaq üçün ovla məşğul olurdularsa, indi qida əldə etmək üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur. Müasir dövrün sosial-iqtisadi strukturu qida əldə etməyin şərtlərini dəyişib. Dünya əhalisinin böyük hissəsi şəkərli, duzlu və piylənməyə meyilləndirən qidalara üstünlük verir.
"Fast food" restoranları, hər yerdə tapılan hazır yeməklər qida ehtiyacını tez və praktiki şəkildə ödəyir.
Beləliklə, müasir həyat tərzi insanların hərəkətliliyi həcmini ciddi şəkildə azaldıb. Uzun müddət oturmaq və hərəkətsiz qalmaq isə sağlamlıq problemlərini artırıb. Əvvəllər təmizlik işləri zəhmət tələb edirdisə, indi tozsoranların, qabyuyanların və paltaryuyanların köməyilə məişət işlərini daha az zəhmətlə və qısa müddətdə bitirmək mümkündür. Texnologiyanın həyatımıza gətirdiyi rahatlıqlardan sonra fiziki aktivliyin azalması insan əzələlərinin zəifləməsinə, müqavimət pozğunluğuna və piylənməyə səbəb olur. Saatlarla və yanlış oturma zamanla onurğaya da mənfi təsir göstərərək bel ağrılarına gətirib çıxarır. Mütəxəssislər düzgün oturma vərdişlərinin mənimsənilməsinin vacibliyini vurğulayırlar.
Qeyd edək ki, hərəkətsizlik bədənin enerji sərfini azaldır, çəkiyə nəzarəti çətinləşdirir. Mütəxəssislər müəyyən fasilələrlə qısa məşqlərin edilməsinin və qan dövranının nizama salınmasının vacibliyini vurğulayırlar. Müntəzəm idmanla məşğul olmaq vacibdir. Lakin buna vaxt və ya fürsət tapa bilmədikdə gündə 10 min addım atmağa çalışmaq lazımdır.
Sağlamlıq üçün balanslı və düzgün qidalanmaya üstünlük verilməlidir. Yüksək kalorili, işlənmiş qidalar yerinə təzə meyvə, tərəvəz, tam taxıl və zülalla zəngin qidalar istehlak edilməlidir. Bu qidalanma enerjini yüksək saxlayaraq çəkini idarə etməyə kömək edəcək.
Az yuxu zərərli olduğu kimi, çox yatmağın da müxtəlif fəsadları var. Əgər səhər oyandıqda özünü yorğun və ya yuxulu hiss edirsənsə, bu, kifayət qədər keyfiyyətli yuxu almadığına işarədir. Problemi həll etmək üçün ilk olaraq yuxu rejimi qurulmalıdır. Bədəni və zehni təzələmək üçün gündə 7-8 saat yuxu vacibdir.
Eyni zamanda stresdən uzaq olmaq lazımdır. Günümüzdə stressiz yaşayan çox az insan var, amma bununla yaşamağı öyrənməliyik. Sosial fəaliyyətlər, hobbilər, peşəkar dəstək və nəfəs məşqləri kimi texnikalarla stresi azaltmağa çalışmalıyıq. Oturaq həyat tərzi yalnız fiziki deyil, həm də psixi sağlamlığa mənfi təsir göstərir. Uzun müddət oturmaq stres səviyyəsini artıra, diqqəti çətinləşdirə və ümumi psixi sağlamlığa mənfi təsir göstərə bilər. Mütəxəssislər qeyd edirlər ki, müntəzəm fasilələr və qısa gəzintilər zehni fəaliyyəti tənzimləyir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq
Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir
FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir
Qazaxıstanda referendum keçirilir
Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb
Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir
430 il əvvəl...
Bir gün balıq ovunda…
Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...
İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"
Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir
ABŞ-nin riyakarlığı
Azərbaycan sabitlik məkanıdır
Eviniz mübarək, eliniz abad olsun
Çin sərhədindən Abşerona qədər yükdaşımaların müddəti 9 günədək azaldılıb
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq
"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
S.K.Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında
Bu il "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub
BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!