02 Sentyabr 2022 17:38
1308
Səhiyyə
A- A+

Orqanizmin ayrı-ayrı üzvlərinə bənzəyən meyvə və tərəvəzlər

 

Gündəlik həyatda istifadə olunan qidalarla bir çox orqanlar arasında bənzəyiş olduğunu görmək olar.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, aparılan araşdırmalar nəticəsində həmin qidaların orqanizm üçün çox böyük faydaya malik olduğu məlum olub.

Quruluşca mədəyə bənzəyən zəncəfil mədənin ən yaxın dostudur. Zəncəfil mədə xəstəlikləri ilə çox yaxşı mübarizə aparır. Həmin ədviyyat qidanın orqanizmə sorulmasını sürətləndirir, həzmi asanlaşdırır. Mədədəki iltihabı azaldaraq toksinlərdən təmizlənməsinə kömək edir.

Kəsilmiş göbələyin forması qulağa bənzəyir. Tərkibi D vitamini ilə zəngin olan göbələk qulaq iltihabı zamanı və sonradan yarana biləcək karlığın qarşısını almaqda kömək edir.

Tərkibi yod, fosfor, kalsium və digər mikroelementlərlə zəngin olan göbələk saç, dəri və dişlərin sağlamlığı baxımından cavabdehlik daşıyır.

Kivinin dilimli halına baxanda onu gözə bənzətmək olur. Həmin meyvə antioksidantlarla zəngindir. Hüceyrələri və gözləri sərbəst radikallardan qoruyur. Kivi göz sağlamlığı üçün faydalı meyvədir, tərkibi kalsium, maqnezium, kalium kimi elementlərlə zəngindir.

Qeyd edək ki, nar meyvəsinin dənələri qan hüceyrələrinə bənzəyir. Belə ki, nar şirəsi qanı zəhərli toksinlərdən təmizləyir, ürəyin fəaliyyətini normallaşdırır, damar tıxanıqlığının qarşısını alır, ürək infarktı riskini azaldır. Bir stəkan nar şirəsinin tərkibində S vitamininə olan gündəlik ehtiyacın 40 faizi var.

Pomidorun daxili forması ürəyə bənzəyir. Həmin faydalı tərəvəzin tərkibində olan likopen maddəsi ürəkdə yaranan tromblaşmanın qarşısını alır, beyin insultu riskini azaldır. Qan təzyiqi yüksək olanlara qida rasionunda pomidora üstünlük vermələri tövsiyə olunur.

Beyinlə qoz arasında əlaqə və oxşayış da çox maraqlıdır. Araşdırmalar göstərir ki, qoz meyvələr arasında gümüş ionları olan yeganə qidadır. Bunun çox maraqlı bir izahı var, çünki insan orqanizmində gümüş ionlara ehtiyacı duyulan yeganə orqan beyindir. Qoz beynin normal inkişafını qorumaq üçün çox faydalıdır. Onun tərkibində olan bioaktiv birləşmələr beyin hüceyrələri üzərində oruyucu təsir göstərir, zəkanın inkişafına kömək edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video