Onun rənglər dünyası
Rənglər insanı fəallaşdıra, sakitləşdirə, həyəcanlandıra, üşüdə və ya isidə, ona narahatlıq və ya rahatlıq gətirə bilər. Rənglərə ən yaxın olan, onlarla danışanlar isə, sözsüz ki, rəssamlardır…
Rəssamların yaratdıqları möhtəşəm əsərlər heç bir sərhəd tanımır. Bu sənət ciddi təxəyyül, istedad, əmək, səbir və mütaliə tələb edir. Rənglərin diliylə danışan peşəkarlardan biri də Adil Əsədlidir.
O, 1954-cü ildə Lənkəran şəhərində anadan olub. 1980-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Bədii qrafika fakültəsini bitirib. Uzun müddət Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru işləyib.
İlk sərgisini 1983-cü ildə tələbə ikən açıb, on il sonra Lənkəranda fərdi sərgisini keçirib. 1996-cı ildə ikinci, iki il sonra isə fərdi sərgisi təşkil edilib.
2012-ci ildə Bakıda “LN Art” rəsm qalereyasında A.Əsədlinin 15-ə yaxın əsəri sənətsevərlərə təqdim edilib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan A.Əsədlinin 45 ilə yaxın pedaqoji stajı, müəllim kimi təqdir olunmalı fəaliyyəti var. Onun çoxlu sayda şagirdi yerli və beynəlxalq sərgilərdə iştirak edərək fəxri fərman, diplom və medal qazanıblar.
2014-cü ildə A.Əsədlinin “Rəngkarlıq və qrafika” adlı kitabı çapdan çıxıb. “Rəsmin tədrisi metodikası” adlı başqa bir kitabı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən dərs vəsaiti kimi çap olunub.
O, həm rəngkar, həm də qrafik kimi tanınır. Rəngkarlıq və qrafik əsərləri Türkiyə, İran, Rusiya, İngiltərə, Fransa, Polşa, Gürcüstan, Yaponiya, Çin, İsrail, Ukrayna və Özbəkistanda şəxsi kolleksiyalarda saxlanılır. 2013-cü ildə Lənkəranda səfərdə olan Yaponiya səfiri Şu Suki Vatanabeyə A.Əsədlinin “Lənkəranda xan evi” əsəri hədiyyə olunub. ABŞ-ın Kentucki ştatından olan George Rusell isə rəssamın bir neçə tablosunu alaraq vətəninə aparıb.
2014-cü ildə A.Əsədlinin V.Səmədova adına sərgi salonunda, 2015-ci ildə isə Lənkəran Dövlət Dram Teatrının foyesində fərdi yaradıcılıq sərgiləri açılıb.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyev Adil Əsədlinin uğurlarının çoxdan respublikamızın sərhədlərini aşdığını deyir: “Adil mənim tələbəm olub. Sonra bu tələbə-müəllim münasibəti dostluğa çevrilib. Onun əsərlərini rəssamlığa böyük bir töhfə kimi qəbul etmək olar. Rəssamın işləri Türkiyə, İran, Rusiya, ABŞ, İngiltərə, Fransa, Polşa, Gürcüstan və başqa ölkələrin vətəndaşlarına məxsus nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır”.
İstedadlı rəssamın 2016-cı ilin fevral ayında “ATV Qalereya”da keçirilən fərdi sərgisini də onun yaradıcılığında mühüm mərhələ kimi dəyərləndirmək olar.
Teatrşünas alim Vidadi Qafarov A.Əsədov haqqında deyir ki, rəssamın rəng dünyası çox maraqlıdır. Əsərlərinin heç biri digərini təkrarlamır.
Xalq rəssamı Arif Hüseynovun da Adil Əsədlinin yaradıcılığı haqqında dəyərli fikirləri var: “Bizim üçün çox maraqlıdır ki, bölgələrdə çalışan rəssamlar çox vaxt əyalətlilik təsiri altında olurlar. Adil müəllimin əsərləri çox yüksək, hətta Avropa, dünya səviyyəsindədir. Mən bir qrafik kimi, onun əsərlərini çox yüksək qiymətləndirirəm”.
Onu da bildirək ki, 2017-ci ilin noyabrında Dədə Qorqud Milli Fondu tərəfindən Adil Əsədliyə “Dədə Qorqud” Milli Mükafatı təqdim olunub. Rəssam mükafatı alarkən sevincini belə ifadə edib: “20 ilə yaxındır ki, “Dədə Qorqud” mövzusunda rəsm və rəngkarlıq əsərləri yaradıram. Bu əsərlərimin külliyyatı “Dədə Qorqud” mükafatını verən fond tərəfindən müsbət qarşılandığına görə qürur hissi duyuram”.
Adil Əsədli hazırda əmək fəaliyyətini Lənkəran Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində davam etdirir.
Ağaddin BABAYEV,
Lənkəran
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sahibə Qafarova: Azərbaycan və Türkiyənin əldə etdiyi uğurlar hər iki ölkənin beynəlxalq nüfuzunun d...
16 May
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini ilə görüşüb...
16 May
Elizabet Born 32 ildən sonra Fransanın yeni qadın Baş naziri təyin edilib
16 May
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasın...
16 May
Azərbaycan və Qazaxıstan parlamentlərinin vitse-spikerləri arasında görüş keçirilib
16 May
Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb...
16 May
İƏT Ombudsmanlar Assosiasiyasının Azərbaycanla bağlı hesabatının təqdimatı olub
16 May
İranın İslam Şurası Məclisi sədrinin birinci müavini Azərbaycana səfərə gəlib
16 May
Fransanın Baş naziri Jan Kasteks istefa verib
16 May
Baş Prokurorluq və Təhsil Nazirliyi internat məktəbində şagirdin ölməsinə dair birgə məlumat yayıb...
16 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

İnamın gücü

Heydər Əliyevin arzuladığı Azərbaycan

Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunma...

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Q...

Hərbi qələbədən diplomatiya zəfərinə

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!