“Omikron” Azərbaycana da gəldi
Yeni ştam dünyada COVID-in ən dominant növünə çevrilir
COVID-19 pandemiyasına səbəb olan “SARS-CoV-2” virusunun dünya ölkələrində sürətlə yayılan “Omikron” variantı Azərbaycanda da aşkarlandı.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrin 12-də “Omikron” variantının qeydə alındığı açıqlanıb.
Məlumatda yeni ştamdan qorunmaq üçün əhali bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmağa imkan verən gücləndirici (buster) doza vurdurmaqla peyvəndlənməyə çağırılır.
“Omikron” bir çox ölkələrdə sürətlə yayılır
Ötən ilin noyabrında ortaya çıxan “Omikron” qısa zaman ərzində onlarca ölkədə COVID-19-a yoluxma hallarının sayındakı rekordun yenilənməsinə səbəb olub.
Son günlər ərzin
də 30-dan çox ölkədə pandemiyanın başlanmasından sonra daha çox həftəlik yoluxma halları qeydə alınır. Bu sırada Avropa, Afrika ölkələri, o cümlədən ABŞ xüsusilə fərqlənir. ABŞ, Böyük Britaniya və Fransada gündəlik yoluxanların çoxluğu xəstəxanaya yerləşdirilənlərin də sayına təsir göstərir.
Baş verənlər çox tezliklə “Omikron”un dominant “Delta”nın yerini tutacağını deməyə əsas verir. Mütəxəssislərin fikrincə, “Delta” Afrikadan başqa bütün qitələrdə ən çox yayılmış variant olsa da, “Omikron” yaxın həftələr və ya aylar əzində qlobal miqyasda dominantlığına görə “Delta”nı əvəzləyəcək.
Sinqapur Milli Universitet Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin baş məsləhətçisi, professor Dale Fisher ümumi məlumatlar bazasına əsaslanaraq qeyd edib ki, “Omikron” yoluxma saylarına görə Avstraliya, Hindistan, Rusiya, Cənubi Afrika və Böyük Britaniyada üstünlük təşkil edir.
Hollandiya Milli İctimai Səhiyyə və Ətraf Mühit İnstitutu “Omikron”un “Delta” və digər variantları geridə qoyaraq ölkədə dominant varianta çevrildiyini bəyan edib. Açıqlamaya görə, ölkədə bu variantın yayılması 50 faizi ötüb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə “Omikron”a yoluxma halının sayının dəfələrlə artdığını, bu sayın bütün yoluxmaların əhəmiyyətli hissəsini təşkil etdiyini açıqlayıb. Qurumun məlumatına görə, 2021-ci ilin noyabr ayının sonuna qədər COVID-19-a yoluxma hadisələrinin 99,5 faizi “Delta” olsa da, çox sürətlə yayılan “Omikron” artıq dominant növə çevrilib.
Mütəxəssislər yeni ştam hesabına hər gün qlobal səviyyədə orta hesabla iki milyon yeni yoluxma hadisəsinin aşkarlanmasının ölkələrin səhiyyə sistemlərinə ciddi təzyiq göstərə biləcəyindən narahatdırlar. Cənubi Afrika və Böyük Britaniyada aparılan real tədqiqatlar “Omikron”a yoluxmuş insanların “Delta”ya yoluxanlarla müqayisədə xəstəliyi daha yüngül keçirdiyini üzə çıxarıb. “Omikron”un qripdən daha çox soyuqdəyməyə bənzər əlamətlərinin olduğunu deyən Cənubi Afrikadan olan həkimlər qeyd edirlər ki, bu ştama yoluxaraq xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin oksigenə ehtiyacı olmur.
Çinli alimlər isə “Omikron”un təhlükəsiz olması fikri ilə razılaşmayaraq, onun “ağır soyuqdəymə” kimi qəbul edilməsinə qarşı çıxıblar. Koronavirusu hələ də təhlükəli sayan alimlər “Omikron”un immuniteti zəif olan insanlar üçün xüsusi risk yaratdığını vurğulayıblar. “Omikron”un simptomları ilə bağlı açıqlama verən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xəstəliklər Bölməsinin direktoru Abdi Mahamud isə COVID-in bu variantının aşağı tənəffüs yollarına deyil, yuxarı tənəffüs yollarına təsir etdiyini təsdiqləyən araşdırmaların sayının getdikcə artdığını söyləyərək bunu “yaxşı xəbər” kimi dəyərləndirib. O, COVID-19 peyvəndlərinin “Omikron”lu xəstələrin xəstəxanaya yerləşdirilməsindən qoruyacağını da bildirib.
Yeni mutasiyalar
“Omikron” COVID-19-un geniş şəkildə yayılan ən son mutasiyası olsa da, bəzi alimlər bu ştamdan sonra da yenilərinin ortaya çıxdığını iddia edirlər. Fransanın Marsel İnfeksion Xəstəliklər İnstitutunun alimləri ölkələrində koronavirusun yeni ştamının aşkar edildiyini açıqlayıblar. Kamerunda meydana çıxan yeni ştam B1.640.2 adlandırılıb. Həmin ştamda 40-a yaxın mutasiya birləşib. Kipr Universitetinin biologiya elmləri professoru Leondios Kostrikis isə “Omikron” və “Delta”nın birləşməsindən “Deltakron” adlı yeni mutasiyanın yarandığını, bölgədə ona yoluxmanın baş verdiyini iddia etsələr də, ÜST bunu təkzib edib və “Deltakron”un real olmadığını açıqlayıb.
İsrail, Braziliya və Xorvatiyada isə həm koronavirus, həm də qrip infeksiyalarının əlamətlərini özündə daşıyan flurona xəstəliyi aşkarlanıb. Həkimlər insanları yüksək hərarət, əzələ ağrısı ilə müşayiət olunan bu xəstəliyə yoluxmamaqdan ötrü diqqətli olmağa çağırırlar.
ÜST: “Peyvəndin dördüncü dozasının vurulmasındansa, dünya əhalisinin 70 faizinin peyvənd olunması daha düzgün olar”
ÜST nümayəndələrinin də dediyi kimi, “Omikron”un “sunami” effekti ilə yayılması bir çox ölkələri COVID-19-a qarşı peyvəndlənmə prosesini daha da gücləndirməyə məcbur edir. ÜST-ün Xəstəliklər Bölməsinin direktoru Abdi Mahamud qeyd edib ki, insanlara peyvəndin dördüncü dozasının vurulmasındansa, iyul ayına qədər dünyada peyvənd olunan əhalinin faiz göstəricisinin 70-ə çatdırılması daha düzgün olar. O, yayadək dünya əhalisinin 70 faizinin peyvəndlənməsinin hazırda ən əsas hədəflərdən biri olduğunu söyləyib.
Virusun sürətlə yayılması bir çox ölkələri pandemiya ilə mübarizə istiqamətində yeni qaydalar, məhdudiyyətlər tətbiq etməyə vadar edir. Almaniya kansleri Olaf Şolts ölkənin bar və restoranlarına tam peyvənd olunmuş və ya virusdan sağalmış, test nəticəsi neqativ olan şəxslərin buraxılacağını açıqlayıb. Ekvadorda isə hökumət koronavirusa yoluxma hallarının kəskin artımı ilə əlaqədar yaşı beşdən çox olan uşaqların vaksin olunmadan kinoteatr, ticarət mərkəzləri, stadion və digər ictimai yerlərə daxil olmasına məhdudiyyət tətbiq edib. Fevral ayından isə ölkədə üç yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanılacaq.
İlhamə İSABALAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclisdə multikultural perspektivlərə dair beynəlxalq konfransın iştirakçıları ilə görüş olub...
20 May
Ceyhun Bayramov ispaniyalı həmkarını Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addım...
20 May
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində KİV-lər tərəf...
20 May
Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub...
20 May
Ali Məhkəmənin sədri Masallı rayonunda vətəndaşları qəbul edib
20 May
Şuşada beynəlxalq konfransın iştirakçıları birgə müraciət yayıb
20 May
Energetika naziri Salyanda vətəndaşlarla görüşüb
20 May
Mayın 20-də Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub
20 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 12 yoluxma faktı qeydə alınıb
20 May
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
20 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!