17 May 2022 13:04
204
İQTİSADİYYAT

Ölkənin ən böyük elektrik stansiyalarından biri əsaslı təmir edilib 

 

2013-cü ildə Şirvan şəhərində tikilərək istismara verilən, ölkənin ən böyük elektrik stansiyalarından olan 2 bloklu 780 meqavatlıq “Cənub” Elektrik Stansiyasının 2-ci bloku “AzərEnerji” ASC tərəfindən əsaslı təmirə çıxarılıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, istismar normativlərinə görə “Cənub” Elektrik Stansiyasının birinci bloku 2018-ci ildə əsaslı təmir ediləndən sonra “itirilmiş” güclər bərpa edilmişdi və indi də ikinci blok əsaslı təmir edilməklə analoji nəticə alınır.

Belə ki, stansiyanın ikinci blokunun buxar və qaz turbinləri, util-qazanları, transformatorları, generatorları və köməkçi avadanlıqları əsaslı təmir edilərək istismar müddəti uzadılır, etibarlıq və dayanıqlıq bərpa edilməklə “itirilmiş” güclər bərpa olunur.

Əvvəllər stansiyaların əsaslı təmiri xarici şirkətlər tərəfindən aparılırdısa, “Cənub” Elektrik Stansiyasında bu dəfə aparılan əsaslı təmir işləri əsas etibarı ilə “AzərEnerji”nin yerli mütəxəssisləri tərəfindən həyata keçirilib.

Qeyd olunub ki, 2018-ci ildən başlayaraq ölkədəki 12 ən böyük elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparılmaqla 1000 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video