15 May 2026 08:20
361
SİYASƏT
A- A+
Ölkəmizin diktə etdiyi geosiyasi reallıqlar

Ölkəmizin diktə etdiyi geosiyasi reallıqlar


Prezident İlham Əliyevin Zəngilanda, ilk yaşayış kompleksinə köçən sakinlər qarşısındakı çıxışı konseptual əhəmiyyətinə görə əvvəlki dövrlərdən xeyli mənada fərqləndi və sülh quruculuğu prosesində Azərbaycanın həm regional, həm də qlobal müstəvidə yeni geosiyasi reallıqları diktə etdiyini bir daha təsdiqlədi. Xüsusilə Fransaya, Makron administrasiyasına və Ermənistanın "himayədar axtarışı" siyasətinə yönəlmiş kəskin və strateji mesajlar, əslində, həm də seçki ərəfəsindəki erməni cəmiyyətinin aydınlanması və yanlış meyillərə düşməməsi baxımından zəngin məzmunlu praqmatik xəbərdarlıq sayıla bilər.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında deyib ki, xüsusən, Fransanın və adını çəkməsə də, Emmanuel Makronun son dövrlər Ermənistanda nümayiş etdirdiyi "xilaskar" obrazını sərt tənqid edən dövlətimizin başçısı açıq mətnlə Ermənistana səfər edib orada özlərini qəhrəman kimi göstərənlərin doğma ölkələrində dəstək reytinqlərinin 10-15 faiz arasında olmasını xatırlatmaqla, haqlı olaraq Makronun Fransadakı daxili siyasi zəifliyinə və xalqın etimadını itirdiyinə birbaşa işarə edərək əsl mənzərəni geniş ictimai-siyasi mühit üçün aydınlaşdırmış oldu: "Cənab İlham Əliyev işğala, təcavüzə son qoyduğumuz, Ermənistan və havadarları üzərində mütləq hərbi-siyasi qələbə qazandığımız Vətən müharibəsi zamanı da bu "qəhrəmanlar"ın hakimiyyətdə olduğunu, lakin İrəvana real kömək edə bilmədiklərini xüsusi vurğulamaqla göstərdi ki, himayəçi rolunda çıxış etmək istəyən hər kəsin, o cümlədən Makronun bəyanatları boş ritorikadan başqa bir şey  deyil. Bu, əslində, sanki Ermənistanı Azərbaycanın əlindən "xilas ediblər" kimi bir görüntü yaratmaq istəyənlərin, o cümlədən Fransanın Cənubi Qafqazda manipulyativ və əsassız siyasətinin ifşası idi. Məlumdur ki, Ermənistanın xarici siyasəti uzun illərdir ki, "müstəqil subyekt" olmaqdan çox, bir alət olmaq üzərində qurulub. Təhlil göstərir ki, İrəvanın geosiyasi orbitini dəyişmək cəhdləri müstəqillik deyil, sadəcə "sahib dəyişikliyi"dir. Bu isə özlüyündə yaranan yeni geosiyasi konfiqurasiyada İrəvanın suverenlik yolunda geriyə addımı, yaxud ən yaxşı halda yerində saymasıdır".

Deputat qeyd edib ki, dünyada mövcud siyasi nizamın sarsıldığı, beynəlxalq təsisatların fəaliyyətsiz qaldığı çox mürəkkəb bir dönəmdə rəsmi Bakının hərbi-siyasi zəfərlərinə əsaslanan və regionda təhlükəsizliyə təminat verən yeni model formalaşdırması Azərbaycana öz müstəqil iradəsi ilə yeni reallıq diktə etməyə imkan verir. Uzun illər davam edən imitasiya xarakterli danışıqlar prosesini və beynəlxalq hüququn selektiv tətbiqini tarixin arxivinə göndərən Azərbaycan bu gün qlobal güclərin ikili standartlarına qarşı ən kəskin etiraz səsini ucaldan ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji gedişlər, onilliklər boyu kağız üzərində qalan BMT qətnamələrinin hərbi-siyasi yolla icrasının təmin edilməsi və 44 günlük müharibənin siyasi nəticələri təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də neokolonialist ambisiyalar güdən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazdakı təsir rıçaqlarının qırılmasına əsaslanan arxitektura formalaşdırdı. Nəticə etibarilə indi Bakıdan gələn qətiyyətli mesajlar bölgədə kənar müdaxilələrə yer olmadığını və sülhün yalnız yerli reallıqlar üzərində qurula biləcəyini təsdiqləyir. Eyni zamanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli bərpa işləri Azərbaycanın iqtisadi qüdrətinin və gələcək vizyonunun bariz nümunəsi kimi həm də önəmli güc göstəricisinə çevrilib. "Vandalizmə məruz qalmış torpaqların yenidən canlandırılması və Böyük qayıdış proqramının icrası dövlət-vətəndaş münasibətlərini yeni mərhələyə qaldırıb, dövlət başçısının xalqla birbaşa və səmimi təması isə bu birliyi daha da sarsılmaz edir. Bir sözlə, görünən odur ki, Yaxın Şərqdə gərginliyin artdığı, enerji və ərzaq təhlükəsizliyinin təhdid altında olduğu bir vaxtda cənab İlham Əliyevin rəhbərliyi altında sərgilədiyi balanslı və uzaqgörən siyasət ölkəni "təhlükəsizlik adasına" çevirib. Təbii ki, bu situasiyaya nail olmaqla ölkəmiz təşəbbüslərə qoşulan yaxud ideyaları dəstəkləyən subyektdən təşəbbüskar güc sahibinə çevrilib. Onilliklər boyu Rusiyanın hərbi-siyasi çətiri altında yaşaması ilə dövlətçilik institutlarını zəiflətmiş Ermənistanın bu reallıqları görüb faydalanmaması, üstəlik, rəsmi Moskva ilə münasibətləri gərginləşdirərək Fransanın "neo-müstəmləkəçi" siyasətinin qurbanına çevrilməsi Qafqaz üçün tam yeni təhlükəsizlik arxitekturası ortaya qoyan Bakıda təəssüflə qarşılanmaya bilməz", - deyə deputat əlavə edib.

B.Məhərrəmov vurğulayıb ki, Fransa üçün Ermənistanın taleyi yox, bu ölkə vasitəsilə regiona girmək və öz geosiyasi ambisiyalarını reallaşdırmaq önəmlidir. Ermənistan rəhbərliyi isə bunu "təhlükəsizlik zəmanəti" kimi qəbul edir, yaxud ən azı özlərini və xalqı buna inandırmağa çalışırlar ki, bu da növbəti strateji səhvdir. Qərbin, xüsusən Avropa strukturlarının isə situasiyadan sui-istifadə etdikləri, mümkün qədər yeni təsir rıçaqları əldə etmək üçün Ermənistanda daha da möhkəmlənməyə çalışmaları verilən bəyanatlardan, qəbul olunan qətnamələrdən aydın görünür. Prezident İlham Əliyevin mayın 10-da Zəngilan sakinləri ilə görüşündə çıxışı zamanı da ən diqqətçəkən məqamlardan biri məhz bu məzmuna - faktiki olaraq Fransanın patronajlığı altında olan Avropa İttifaqının müşahidə missiyası ilə bağlı idi. Təbii ki, hərbiləşmiş Avropa İttifaqı missiyasının olması Azərbaycanı təhdid edə bilməz. Prezident açıq şəkildə bildirdi ki, əgər Azərbaycan tərəfi bircə atəş açsa, o "müşahidəçi"lər qaçıb gedəcəklər və izləri də qalmayacaq. Bu, Ermənistana və onun havadarlarına verilən ciddi xəbərdarlıq idi: Azərbaycanın gücü və iradəsi qarşısında heç bir xarici "qalxan" tab gətirə bilməz. Əksinə, avromissiya əlavə gərginliklərin mənbəyi kimi çıxış etməklə de-fakto sülh şəraiti, dolayısı ilə Ermənistanın təhlükəsizliyi üçün buxova və təhdidə çevrilməkdədir.

Deputat bildirib ki, İrəvan yenə uğursuz oyunçu qismində şahmat masasında var-gəl etmək niyyətinə düşüb və aydındır ki, Ermənistan xalqına aşılanan "Fransa bizi qoruyacaq" mifi, əslində, revanşist hissləri alovlandırmaq və sülh prosesini ləngitmək məqsədi daşıyır: "Bakıdan dəfələrlə İrəvana süni ajiotaj yaratmağın fayda verməyəcəyinə dair mesajlar ötürülüb. Cənab İlham Əliyev Zəngilanda bir daha vurğuladı ki, Azərbaycanın heç kimin torpağında gözü yoxdur və Ermənistanın dövlətçiliyini məhv etmək niyyətində deyil. "Bizə Ermənistandan qorunmaq üçün heç kim lazım deyil. Biz nail olmaq istədiyimiz hər şeyə nail olmuşuq". Real durum, proseslərin xronoloji və məntiqi ardıcıllığı, o cümlədən cari təhlükəsizlik arxitekturası və qüvvələr balansı fonunda təhlil etsək, bu mesajın yalnız bir mənası var: Azərbaycan artıq regionun şəksiz lideridir. BMT Təhlükəsizlik Şurasının Fransa, Rusiya, ABŞ-nin timsalında daimi üzvlərinin 30 il ərzində həll edə bilmədiyi və ya etmək istəmədiyi problemi Azərbaycan təkbaşına həll edib. Nəticə etibarı ilə geosiyasi diaqnoz formatında yanaşsaq, cənab İlham Əliyevin Zəngilandakı çıxışı bir növ "Geosiyasi Müstəqillik Bəyannaməsi" idi. Azərbaycan Prezidentinin də bu qəbildən mesajı qəti idi: Ermənistan rəhbərliyi və xalqı nifrətdən və başqalarına sığınmaqdan əl çəkməlidir, yoxsa bu "sığınacaq" siyasəti onları daha böyük fəlakətlərə sürükləyəcək. Lakin təhlillər göstərir ki, əvvəllər ümidini Moskvaya bağlayan Ermənistan hələ də öz taleyini başqa paytaxtlarda - indiki halda Paris və Brüsseldə axtarır, bu isə onun müstəqilliyini daha da zəiflədir. Bu situasiyadan istifadə etmək istəyən Makron iqtidarı isə daxili böhranını gizlətmək üçün Cənubi Qafqazda "süni qəhrəmanlıq" edir, lakin ötən dövrün təcrübəsi göstərir ki, onun bu cəhdləri Bakının qətiyyəti qarşısında heç bir real hərbi-siyasi çəkiyə malik deyil. Azərbaycan isə xarici təzyiqlərə rəğmən, enerji və logistika strategiyası, Zəngəzur dəhlizi, Böyük qayıdış qismində öz gündəliyinin icrasını uğurla davam etdirir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!