22 Dekabr 2022 16:30
383
Elm və texnika
A- A+

Nizami Gəncəvi haqqında monoqrafiya Pakistan ictimaiyyətinə təqdim olunub

 

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Lahor Dövlət Kollec Universiteti tərəfindən urdu dilində nəşr edilmiş “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı Pəncab vilayəti qubernatorluğunda keçirilən iclasda Pakistan ictimaiyyətinə təqdim olunub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, təqdimat mərasimində Pəncab vilayətinin qubernatoru Muhammad Baligh Ur Rəhman, Lahor Dövlət Kollec Universitetinin rektoru professor Əsgər Zaidai, həmin universitetin Urdu dili və ədəbiyyatı kafedrasının müdiri professor Saima İmra, professorlar Grhafev Şahzad və Amjad Tufail dahi Azərbaycan şairi Nizami Gəncəvinin Şərq ədəbiyyatının inkişafındakı rolundan və təqdim olunan kitabın ədəbi əlaqələrin inkişafındakı əhəmiyyətindən bəhs ediblər.

“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabını urdu dilinə Lahor Dövlət Kollec Universitetinin dosenti Almaz Xanum tərcümə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video