23 Iyun 2022 15:14
177
İQTİSADİYYAT

Nicat Hacızadə: Güzəştli saziş nəticəsində Türkiyə ilə ticarət 11 faiz artıb 

 

Azərbaycanın əsas tərəfdaşı olan Türkiyə Cümhuriyyəti ilə bağlanan preferensial ticarət sazişi ölkələr arasındakı ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə AZƏRTAC-a açıqlamasında bildirib.

N.Hacızadə qeyd edib ki, xarici ticarətin liberallaşdırılması və istehlakçıların daha ucuz və keyfiyyətli məhsula əlçatanlığının artırılması istiqamətində aparılan iqtisadi islahatlar artıq statistik rəqəmlərdə özünü büruzə verir.

Onun sözlərinə görə ötən il martın 1-dən qüvvəyə minən müqaviləyə əsasən, hər iki ölkənin 15 məhsulu (birlikdə 30) üzrə gömrük tarifləri azaldılıb və müvafiq məhsullar üzrə kvotalar tətbiq edilib. 2022-ci ilin yanvar-aprel ayları ərzində 30 məhsul üzrə Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 10,7 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz daha çoxdur. Habelə, 2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan mənşəli 15 məhsulun ixracı ötən illə müqayisədə 8 dəfə artıb. Türkiyə mənşəli 15 məhsulun Azərbaycana ixracı isə 9,4 milyon ABŞ dolları təşkil edib ki, ötən illə müqayisədə dəyişməz qalıb.

Departament rəhbəri bildirir ki, 0preferensial ticarət sazişi artıq beynəlxalq ticarətin təməldaşına çevrilib. Bu növ sazişlər nəticəsində inkişafda olan ölkələr inkişaf etmiş ölkələrin bazarlarına cığır açır və ticarətini şaxələndirərək genişləndirir. Preferensial ticarət sazişi və regional ittifaqlara qoşulan ölkələrdən hər hansı birinin Ümumdünya Ticarət Sazişinə (ÜTT) üzvlüyü mövcud olmazsa, həmin ölkələr “ÜTT+” icmasının üzvü kimi də qiymətləndirilə bilir. Bunun əsas səbəbi qarşılıqlı texniki tənzimləmələrin həyata keçirilməsi, standartların qarşılıqlı tanınması və mübahisələrin birgə həlli kimi parametrlərin özündə əks olunmasıdır. Çünki texniki maneələr qapalı ticarətə malik ölkələrin ən çox rastlaşdığı baryerlər hesab edilir. Müvafiq sazişlər əsasında ikitərəfli və çoxtərəfli əsasda maneələrin aradan qaldırılması və elmi əsaslara dayanan yanaşmanın ortaya qoyulması əsas götürülür.

N.Hacızadə qeyd edir ki, ötən il güzəştə daxil olan bir sıra məhsullar üzrə ticarət aparılmayıb. Belə ki, bitkidən hasil olan piylər və yağlar, onların fraksiyaları, şokolad və ondan hazırlanan digər məmulatlar, alma şirəsi və çəkisi 3 kiloqramdan çox olmayan ilkin bağlamalarda qara çayın ötən ilin yanvar-aprel aylarında Türkiyə Cümhuriyyətinə ixracı mövcud olmayıb: “Sazişin qüvvəyə minməsindən sonra sözügedən məhsullar üzrə əhəmiyyətli artımın olduğunu görə bilirik. Gələcək illərdə preferensial ticarət sazişinə daxil olan məhsulların sayının artırılması və ya azad ticarət sazişlərinə keçid hər iki ölkə qarşısında qoyulan ticarət hədəfinə çatmağa yardım edəcək”.

Qeyd edək ki, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın Türkiyə Cümhuriyyətinə qeyri-neft ixracı 333,7 milyon ABŞ dolları, idxalın dəyəri isə müvafiq dövrdə 687,4 milyon ABŞ dolları təşkil edib. Ticarət sazişi çərçivəsində tarif dərəcəsi sıfıra endirilən Azərbaycan mənşəli 15 məhsul üzrə statistik göstərici qeyri-neft ixracının 3,2 faizini, idxal edilən 15 türk mənşəli məhsullar isə tərəfdaş ölkədən edən idxalın 1,4 faizini təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video