19 Sentyabr 2024 16:40
675
İDMAN
A- A+
“Neftçi”də çətin seçim: Qriqorçuk gedərsə, baş məşqçi yerli olacaq, yoxsa əcnəbi?

“Neftçi”də çətin seçim: Qriqorçuk gedərsə, baş məşqçi yerli olacaq, yoxsa əcnəbi?

Son günlərin ən çox danışılan klubu “Neftçi”dir. Premyer Liqada 6 turda qələbə qazana bilməyən və cəmi 4 xal toplayan “ağ-qaralar” növbəti islahata hazırlıq görür.  Dünən idman direktoru Yens Anderssonla yollarını ayıran Bakı klubunda növbəti hədəf baş məşqçi Roman Qriqorçukdur.

Sabah Premyer Liqada 7-ci turun oyunlarına start veriləcək. Hesabat həftəsi Azərbaycan derbisinə səhnə olacaq. «Qarabağ»la «Neftçi» Suraxanıda üz-üzə gələcək. Bu qarşılaşmanın Roman Qriqorçuk üçün sonuncu olma ehtimalı böyükdür.

“Ağ-qaralar” bu dəfə də məğlubiyyətlə üzləşərsə, baş məşqçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsi gözlənilir. Klub rəhbərliyi ukraynalı mütəxəssisin fəaliyyətindən mövsümün başlanğıcından kəskin narazıdır.

Bir neçə ay bundan əvvəl paytaxt təmsilçisi ilə 2 illik müqaviləyə imza atmış Qriqorçukun özü də artıq ayrılığın planlarını cızır. Ötən tur «Zirə» ilə keçirilən matçdan (0:2) sonra bu barədə bəzi klub funksionerləri ilə söhbət edib. Növbəti məğlubiyyətin şokundan sarsılan Qriqorçuk Müşahidə Şurası istəyərsə, günü bu gün istefa verə biləcəyini söyləyib. Qriqorçuk müqaviləsinə xitam verilərsə, qarşılığında 1 dollar da kompensasiya istəməyəcəyini deyib.

Əldə etdiyimiz son məlumata görə, əgər ukraynalı çalışdırıcı ilə yollar ayrılarsa, klub rəhbərliyi bu vəzifəni yerli mütəxəssislərdən birinə tapşırmaq variantını nəzərdən keçirir.

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Fənərbaxça”nın legioneri əlinin böyüklüyü ilə diqqət çəkdi

13:32
15 Oktyabr

"Neftçi" bu 2 ildə Abasova nə qədər PUL QAZANDIRACAQ?

13:21
15 Oktyabr

Venesuela təzminat istəyir

13:09
15 Oktyabr

“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına

12:59
15 Oktyabr

Çin Rusiya ilə hərbi əlaqələri genişləndirməyə hazırdır

12:38
15 Oktyabr

500-ə yaxın əfqan əsgər Britaniyada yaşayacaq

12:36
15 Oktyabr

Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır

12:30
15 Oktyabr

Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb

12:15
15 Oktyabr

Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib

12:10
15 Oktyabr

Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq

12:10
15 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verib

12:01
15 Oktyabr

İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur

11:47
15 Oktyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yardımını unutmayacaq

11:32
15 Oktyabr

Böyük Britaniya Gürcüstanla dialoqu dondurdu

11:30
15 Oktyabr

Qlobal dövlət borcu 100 trilyonu ötəcək

11:28
15 Oktyabr

Macarıstanın Baş naziri COP29-da iştirak edəcək

11:27
15 Oktyabr

Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb

11:26
15 Oktyabr

“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

11:24
15 Oktyabr

Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb

11:20
15 Oktyabr

Trampdan təklif: həmin gün ordudan istifadə edilməlidir

11:08
15 Oktyabr

COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır? – “EU Today”də məqalə

10:52
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!