23 Sentyabr 2014 02:09
3189
İQTİSADİYYAT
A- A+
Naxçıvanın mineral suları

Naxçıvanın mineral suları

 

Son 10 ildə muxtar respublikada mineral su istehsalı 3 dəfədən çox artmışdır

 

"Mineral" fransız sözüdür və dilimizdə filiz, külçə, xam mədən mənasını daşıyır. Bu mənada mineral suları həm də mədən suları adlandırmaq mümkündür. Mineral sular bioloji fəal ünsürlərin çoxluğu, zənginliyi ilə səciyyələnir və insan orqanizmini müalicə edən qeyri-adi (spesifik) fiziki-kütləvi xassələrə malikdir. Elə bu səbəbdən mineral sulardan daha çox kurortlarda, poliklinikalarda, xəstəxanalarda, ev şəraitində istifadə olunur.

Qədim yaşayış məskənlərindən olan Naxçıvan Muxtar Respublikası mineral sularla çox zəngindir. Hətta bu diyarı dünyanın təbii və mineral sular muzeyi kimi də təqdim etmək olar. Ümumiyyətlə, Azərbaycanda 1000-dən çox isti və soyuq mineral sular var və onların hər birindən öz tərkibinə görə istifadə olunur. Karbon qazlı mineral sular isə başlıca olaraq Kiçik Qafqazda, o cümlədən Naxçıvan regionunda mövcuddur.

Naxçıvan Muxtar Respublikasında mineral su mənbələrinin sayı 225-dir və hazırda onların bir neçəsindən intensiv istifadə olunur. Həmin mineral suların mənbələrinin əksəriyyəti, daha doğrusu çox hissəsi Naxçıvançay, Əlincəçay, Gilançay, Ordubadçay, Əylis çaylarının vadilərində və onların yaxınlığında yerləşir. Bu mineral sular öz kimyəvi tərkibinə görə müxtəlif və rəngarəngdir. Onlardan həm  süfrə, həm də müalicəvi su kimi istifadə edilir. Onu da qeyd edək ki, regionun müalicə əhəmiyyətli suları müxtəlif tərkiblərə malikdir.

İndiyədək Ordubad rayonunda 29, Culfada 85, Şahbuzda 50-dən çox mineral bulaqlar və ya mineral sular aşkar edilmişdir və onların bəzilərindən hazırda geniş istifadə edilir. Babək rayonunda isə 50 müalicəvi su mənbəyi üzrə kəşfiyyat və axtarış işləri həyata keçirilmişdir. Müalicə əhəmiyyətinə görə bu rayonun Sirab, Qahab, Vayxır, Qızılburun, Darıdağ kimi mineral suları çox məşhurdur. Məsələn, "Sirab-12" az minerallaşmış, soyuq, karbon qazlı və hidro-karbonatlı mineral sudur. "Vayxır-7" mineral suyu daha çox xroniki mədə və digər xəstəliklərdə istifadə edilir. Vayxır, Sirab, Badamlı, Darıdağ, Qızılburun, Nəhəcir mineral sularından isə əsasən içməli su kimi istifadə olunur.

Bu gün muxtar respublikada mineral suların sənaye üsulu ilə istehsalı yüksək səviyyədədir. Hazırda Naxçıvan MR-də 3 mineral su zavodu fəaliyyət göstərir. "Badamlı" və "Sirab" mineral su zavodları birbaşa su mənbəyinin yanında, digəri isə Naxçıvan şəhərində yerləşir. Həmin zavodlar son illər yenidən qurulmuşdur.

Babək rayonunun Sirab kəndində hasil olunan eyni adlı mineral su 1950-ci ildən sadə üsulla ayrıca bir sexdə istehsal edilirdi. Sonra burada zavod tikilmişdir. 1993-cü ildən "Sirab" ASC-yə çevrilmişdir. Müəssisə artıq 10 ildən çoxdur ki, bu adla fəaliyyət göstərir. Müasir avadanlıqlarla təmin olunmuş zavodda əsaslı yenidənqurma işləri aparılmışdır. Türkiyənin "Ersey makina" şirkətindən alınmış avadanlıqlar saatda 11min 0,5, 9 min 1, 8 min 1,5 litrlik şüşə qablarda su istehsal etməyə imkan verir.

"Sirab" mineral suyu yaxın bir neçə il ərzində Cenevrədə, Ukraynada, Moskvada, Almatada keçirilmiş müxtəlif beynəlxalq sərgilərdə 3 qızıl və 1 gümüş  medala layiq görülmüşdür.

"Sirab"ın məhsullarına xarici ölkələrdə də tələb ildən-ilə artır. Təkcə bu ilin  əvvəlindən 1,8 milyon şüşə "Sirab" xaricə satılmışdır. Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, Litva "Sirab"ın daha çox ixrac olunduğu ölkələrdir.

Şahbuz rayonundakı "Badamlı" mineral sular zavodu da son vaxtlar əsaslı olaraq yenidən qurularaq müasir avadanlıq və texnologiyalarla təchiz edilmişdir. Zavodun illik istehsal gücü 2 milyon şüşədir. "Badamlı"nın da həm ölkə daxilində, həm də xaricdə alıcılarının sayı getdikcə artır. Lakin bu, Naxçıvan MR mineral su istehsalçılarını qorxutmur, çünki istehsal da artır. Yalnız son 10 ildə Naxçıvanda mineral su istehsalı 3 dəfədən çox artmışdır.

 

Asif ŞİRƏLİYEV,

iqtisad elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib  

19:21
23 May

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb  

17:27
23 May

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

16:59
23 May

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb  

16:27
23 May

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq  

15:54
23 May

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:23
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!