15 May 2022 06:52
651
Mədəniyyət
A- A+

Nadir Rüstəmli: “Eurovision 2022”də Azərbaycanla yanaşı, bütün türk dünyasını təmsil edirəm  

“Eurovision 2022” mahnı müsabiqəsində Azərbaycanla yanaşı, bütün türk dünyasını təmsil edirəm. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızdan, eləcə də dünya türklərindən dəstək gözləyirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri dünyanın ən böyük canlı musiqi tədbiri olan “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli deyib.

“Eurovision” mahnı müsabiqəsinin qalibi olacağıma inanıram. Arzu edirəm ki, “Eurovision” gələn il bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirilsin”, - deyə Azərbaycan təmsilçisi vurğulayıb.

Qeyd edək ki, bu gün 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı keçiriləcək (Bakı vaxtı ilə 23:00-da). Turin şəhərinin ev sahibliyi etdiyi və İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da baş tutacaq böyük finalda 25 ölkənin təmsilçiləri öz performanslarını nümayiş etdirəcəklər. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” mahnısı ilə 15-ci nömrə altında çıxış edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video