03 Iyul 2022 00:18
547
ELANLAR
A- A+

Müğənni Xan Bəyli "Azercell" ilə canlı yayımda

 

ABŞ-da yaşayaraq  fəaliyyət göstərən soydaşımız gənc bəstəkar və ifaçı Xan Bəyli "Azercell"in instaqram səhifəsində pərəstişkarları ilə görüşüb

 

Azərbaycan mədəniyyətinin təbliğinə hər zaman xüsusi önəm verən "Azercell Telekom" rəsmi instaqram hesabı vasitəsilə iyunun 29-u gənc bəstəkar Xan Bəyli və aparıcı DJ Fatehin iştirakı ilə canlı yayım keçirib "Musiqi dinləyək, söhbət edək" rubrikasında baş tutan yayımda Xan Bəyli tanınmış aparıcı DJ Fatehin suallarını cavablandıraraq öz sənət yolu barədə danışıb. Yaradıcılığında Azərbaycan və dünya musiqisinin sintezini təqdim edən gənc ifaçı özünün zəngin repertuarına daxil olan bəstələrini də ifa edib. Canlı yayıma Xanın Azərbaycandakı pərəstişkarları ilə yanaşı, Amerikadan da izləyicilər qoşularaq öz şərhləri ilə ifaçıya dəstək olublar.

Xatırladaq ki, bu ilin martında Novruz bayramı münasibətilə "Azercell"in təşəbbüsü və təşkilatçılığı ilə Xan Bəylinin ABŞ-da konserti təşkil olunub. ABŞ-da milli musiqimizi təbliğ edən gənc musiqiçi və bəstəkar Xan Bəyli Azərbaycan muğamını caz və etnik musiqi ilə sintezdə təqdim edən əsərləri ilə tanınır. Məşhur sənətçilərlə birgə layihələrə imza atan gənc musiqiçi üslub sərhədlərini aşan melodiyaları ilə dünyanın hər yerindən dinləyicilərinin diqqətini cəlb etməyi bacarıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video