Müdafiə Nazirliyi ehtiyatda olan polkovnikin iddialarına cavab verib
Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq yutub media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək, artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehtiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən bildirilib.
"Əvvəllər də xidməti karyerasında onunla bağlı bəzi qərarlar qəbul edilərkən o “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə zidd addımlar atmağa cəhd göstərib.
Bundan başqa, artıq ehtiyata buraxılan polkovnik əvvəlki illərdə dəfələrlə səhhəti ilə əlaqədar olaraq ordu rəhbərliyinə müraciət edib və indiyədək Müdafiə Nazirliyinin xətti ilə 8 dəfə ümumilikdə 1 ildən çox müddətə Türkiyə Respublikasının Gülhanə Tədris və Araşdırma Xəstəxanasına müalicəyə göndərilib. Müalicə dövründə bütün xərclər nazirlik tərəfindən qarşılanıb.
E.Məmmədovun barəsində qəbul edilən qərarla razılaşmaması, Nizamnamə qaydalarına uyğun olaraq müdafiə nazirinə rəsmi müraciət etmədən, etiraz əlaməti olaraq hərbçi etikasına və yüksək rütbəli zabitə yaraşmayan hərəkətə yol verməsi əvvəlki illərdə etdiyi hərəkətlərin təkrarıdır.
Bildiririk ki, həqiqi hərbi xidmətdə olmağın son yaş həddini keçən E.Məmmədov “hoçkin limfoması, xroniki gedişli, remisiya mərhələsində” diaqnozlu xəstəliklə hərbi xidmətə yararsız hesab olunaraq ehtiyata buraxılıb. Onun Vətən müharibəsində heç bir yaralanması olmayıb.
E.Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır, heç bir əsası yoxdur", - nazirlikdən qeyd olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
25 Aprel
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may a...
25 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNİB ...
25 Aprel
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəz...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi...
25 Aprel
Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkand...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNİB ...
25 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iş...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!