15 Yanvar 2022 00:36
345
Elm və texnika
A- A+

Müasir ticarət mərkəzlərinə keçid

 

Ticari əməliyyatlar üçün müasirləşdirilmiş formada yaradılan “mollar” alış-verişdə üstünlük verilən əsas mərkəzlərdən biridir. Sayı dünyanın inkişaf etmiş ölkələrində daha çox olsa da, heç də digər ölkələr bu tendensiyadan kənarda qalmır. Hətta əminliklə demək olar ki, hər kəs bu ticarət mərkəzlərindən xəbərdardır.

Ticarət mərkəzləri 1000 ildən çoxdur ki, qədim bazar meydanları, limanlardakı ticarət bazarları formasında mövcud olub. Dünyanın ilk müasir molu isə Amerikada yerləşən “Country Club Plaza”dır. Bu açıq ticarət mərkəzinin digər maraqlı tərəfi tikildiyi bölgənin bataqlıqda yerləşməsi idi. Cessi Klayd Nikols bu addımı ataraq sözün əsl mənasında bataqlığı gülüstana çevirmişdi. Buranın baş planı 1922-ci ildə görkəmli memar Edvard Delk tərəfindən hazırlanıb. Bir il sonra istifadəyə hazır olan mərkəzdə mağazalar, avtomobillər üçün parkinq yerləri, kafelər yer aldı. Ümumi ərazisinin 46 faizi geniş küçələrə və dayanacaqlara ayrılmışdı. Avtomobillə gələn müştərilər ilk dəfə mərkəzin içində park edərək rahatlıqla alış-verişlərini edirdilər. Plazanın fəvvarə və heykəllərlə bəzədilməsi isə buradakı xüsusi memarlıq işindən xəbər verir.

Əslində, Nikolas burada yalnız ticarət mərkəzi yox, həm də yeni bir şəhər salmışdı. Biznesmenlər onun bu addımını qınayır, mərkəzdən çox uzaq və tramvay xəttindən bir neçə məhəllə aralıda olan əraziyə çox az adamın gedəcəyini iddia edirdilər. Yeni salınan şəhərə marağın həddindən artıq çox olduğu görüləndə onlar bu fikirlərində yanıldıqlarını anlamışdılar.

İlk qapalı ticarət mərkəzi isə Minnesota ştatının Edina şəhərində salınıb. 1956-cı ildən qapılarını ziyarətçilərinə açan “Southdale” molun tikintisinə 20 milyon dollar xərclənib. Mərkəz istənilən fəsildə fəaliyyət göstərmək üçün kondisioner və isitmə sistemi ilə təchiz edilib. 3 mərtəbəli molda eskalatorlar da quraşdırılıb. Ticarət mərkəzinin 4-cü mərtəbəsi isə sonradan tikilib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video