11 Avqust 2022 23:18
584
SİYASƏT
A- A+

Mövlud Çavuşoğlu: Ermənistanın normallaşma prosesində səmimi olmasını istəyirik  

Məlum olduğu kimi, Ermənistanla bizim xüsusi nümayəndələrimiz görüşürlər. Artıq bəzi addımlar atılmışdır. Bu prosesdə Azərbaycanla eyni mövqedəyik. Bu addımların bəzən Ermənistanda narahatlıq yaratdığını görürük.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu avqustun 8-də Ankarada işə başlayan “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda keçirilən XIII Səfirlər Konfransının bağlanışı ilə bağlı mətbuat konfransında deyib.

Türkiyənin şəffaf ölkə olduğunu diqqətə çatdıran Mövlud Çavuşoğlu söyləyib: “Bizim hər işimiz açıqdır. Geniş miqyasda Cənubi Qafqazda normallaşma barədə fərdi düşünmək mümkün deyil. Birlikdə addımlar atmalıyıq. Apardığımız danışıqlar ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi naminə hamımızın səy göstərməsi vacibdir. Bu məsələdə Ermənistanın daha qətiyyətli və qərarlı olması lazımdır. Proseslərdən yayınma taktikasından kənar durmaq faydalıdır. Biz bu prosesdə Türkiyə olaraq səmimiyik. Ermənistanın da səmimi olmasını istəyirik. Azərbaycanın da səmimi olduğunu görürük”.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video