Monteneqronun, Bosniya və Herseqovinanın bir sıra xəbər portallarında 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayımlanıb
Monteneqronun, Bosniya və Herseqovinanın bir sıra xəbər portallarında 20 Yanvar faciəsi ilə bağlı məqalələr yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin xüsusi məsləhətçisi Böjidar Proroçiçin qələmə aldığı məqalədə sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətdən bəhs edilib. “Həmin gün sovet ordusu Azərbaycanın ərazi bütövlüyünün posulmasına etiraz etmək, azadlıq, müstəqillik və suverenlik ideallarının dəstəklənməsi naminə küçələrə axışan insanları cəzalandırmaq üçün paytaxt Bakıya hücum etdi. Cinayətlər nəticəsində 147 dinc sakin həlak oldu, 740-dan çox insan yaralandı, yüzlərlə insan həbs edildi. Həlak olanlar arasında uşaqlar, qadınlar və qocalar, eləcə də Bakının müxtəlif millətlərdən olan digər mülki sakinləri də vardı. Bu qətliam Azərbaycan tarixinə Qara Yanvar kimi daxil olub”, - deyə müəllif yazıb.
Qeyd edilib ki, sovet ordusu Qazaxıstan (1986), Gürcüstan (1989), Azərbaycan (1990) və Litvaya (1991) hərbi təcavüz edib, sovet vətəndaşlarını qətlə yetirsə də, indiyədək insanlığa zidd bu cinayətlərə görə SSRİ rəhbərliyindən heç kim məsuliyyətə cəlb olunmayıb. Yazıda Qanlı Yanvar hadisələrinin Azərbaycan xalqının əzmkarlığını sarsıda bilmədiyinə, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa olunmasına diqqət çəkilib.
Məqalələr Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin sədri Seyran Mirzəzadənin təşəbbüsü ilə dərc olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!