13 Avqust 2022 20:07
782
DÜNYA
A- A+

Monteneqroda 11 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma görə üç günlük matəm elan olunub

 

Monteneqroda silahlı şəxsin ailə üzvlərinə, polis əməkdaşlarına və yoldan keçənlərə atəş açması nəticəsində 11 nəfərin öldüyü faciə ilə bağlı üç günlük matəm elan edilib.

AZƏRTAC xəbər verir ki, Monteneqro hökuməti ötən gün baş verən silahlı hücumla əlaqədar ölkədə üç günlük matəm elan edildiyini açıqlayıb. Bildirilib ki, faciəli hadisə ilə bağlı ölkədə dövlət bayraqları endirilib, bütün kütləvi tədbirlər ləğv olunub.

Bundan başqa, ölkədəki restoran və kafelərdə musiqi səsləndirilməsi 3 gün müddətinə qadağan olunub və bütün idman tədbirləri ləğv edilib.

Xatırladaq ki, avqustun 12-də Çetinye şəhərində silahlı şəxs ailə münaqişəsi zəminində öz ailə üzvlərinə, polis əməkdaşlarına və yoldan keçənlərə atəş açıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb, silahlı şəxs isə polislə atışma zamanı zərərsizləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video