21 Yanvar 2022 10:11
716
SİYASƏT
A- A+

Misirin tanınmış tədqiqatçı-jurnalisti 20 Yanvar faciəsindən yazıb

 

Misirin Orta Asiya və Şərqi Avropa ölkələri üzrə mütəxəssisi, tanınmış tədqiqatçı, jurnalist “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabın müəllifi Məhəmməd Sələmə “Yeni dünya” portalında 20 Yanvar faciəsi haqqında məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının XX əsrdə erməni-daşnak quldurları və bolşeviklər tərəfindən çoxlu sayda qırğınlara, talana və etnik təmizləməyə məruz qaldığı qeyd olunub. Müəllif yazır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda silahsız dinc insanlara qarşı törətdiyi ağır cinayət bəşər tarixinin ən dəhşətli hadisələrindən biridir. Əliyalın və azadlıq uğrunda etiraz edən dinc sakinlərə divan tutan kommunist rejimi, onun başçısı Mixail Qorbaçov Azərbaycanın əzəli torpağı olan Qarabağı və digər əraziləri ələ keçirmək istəyən təcavüzkar Ermənistanı dəstəkləyib, Bakıda qırğın törədərək xalqın mübarizə əzmini sarsıtmağa çalışıb. Lakin bu faciə azərbaycanlıların müstəqillik və öz torpaqlarını qorumaq əzmini daha da möhkəmlədib.

Tədqiqatçı-jurnalist diqqətə çatdırıb ki, 20 Yanvar qırğınının əsas təqsirkarı olan və Qərbin “demokrat”, “sülhpərvər” adlandırdığı SSRİ Prezidenti Mixail Qorbaçovun 1990-cı ilin oktyabrında Nobel mükafatına namizəd göstərilməsi də “ikili standartların”, həmçinin müsəlmanlara qarşı ayrı-seçkiliyin əlaməti olub. Halbuki, Human Rights Watch təşkilatı öz hesabatında sovet ordusunun həmin vaxt Bakıda törətdiyi zorakılığı azərbaycanlıların müqavimətinə adekvat olmadığını və kollektiv cəzalandırma praktikasına çevrildiyini yazırdı.

M.Sələmə 20 Yanvar faciəsindən sonra Ermənistanın işğalçı siyasətinin daha da gücləndiyini, Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini diqqətə çatdırıb. O əlavə edib ki, havadarlarının dəstəyinə arxalanan işğalçı ölkə BMT TŞ-in həmin ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsinə dair dörd qətnaməsinə də əməl etmək istəmirdi. Münaqişənin həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəsizliyi və ermənilərin hərbi təxribatları iqtisadi və hərbi cəhətdən qüdrətli dövlətə çevrilmiş Azərbaycanı problemi öz gücü ilə həll etməyə vadar etdi. Azərbaycan Ordusu qısa müddətdə, cəmi 44 gün ərzində ərazilərin böyük hissəsini azad etdi, ordusu darmadağın edilmiş Ermənistan qalan əraziləri döyüşsüz, diplomatik yolla boşaltmağa məcbur oldu.

“Hər il Ümumxalq Hüzn Günündə Bakıdakı Şəhidlər xiyabanına gələn azərbaycanlılar Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların əziz xatirəsini yad edirlər. Şəhidlərin igidlik dastanı gələcək nəsillər üçün örnəkdir”, -deyə müəllif sonda qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video