27 Noyabr 2021 22:25
529
SİYASƏT
A- A+

Misir nəşri: Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası barədə razılıq əldə olunub

 

Misirin nüfuzlu “Əl Dostor” qəzetində “Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası barədə razılıq əldə olunub” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün nəticələrinə dair Bəyanat qəbul edildiyi vurğulanıb, Rusiyanın dövlət başçısının Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyasının bu ilin sonunadək həyata keçiriləcəyi barədə fikirləri yer alıb.

Yazıda diqqətə çatdırılıb ki, Rusiya Prezidenti bir sıra mühüm məsələlər ətrafında da razılıq əldə edildiyini, sərhədlərin demarkasiyasına heç bir maneə olmadığını bildirib.

Sonda vurğulanıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilən görüşdə Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə də razılıq əldə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video