Milli Şəhər Forumunun Ağdamda keçirilməsi Azərbaycanın ərazilərin bərpasına dair təcrübəsini bölüşməyə imkan verəcək
Qısa müddət ərzində Azərbaycan və BMT-nin Məskunlaşma Proqramı (UN HABITAT) arasında uğurlu əməkdaşlıq qurulub. Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyasında keçirilən görüşlər və qurumun texniki heyəti ilə ikitərəfli görüş qarşıdakı aylar və uzunmüddətli perspektivdə əməkdaşlığı dərinləşdirməyə yeni imkanlar açır. Forum müasir tendensiya və trendləri öyrənmək, oxşar problemlərlə üzləşmiş ölkələrin təcrübəsi ilə yaxından tanış olmaq üçün geniş imkanlar açır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası, şəhərsalma planları və dağıdılmış infrastrukturun yenidən qurulması və bu işlərin həm həcmi, həm də keyfiyyətlə icrası unikal xarakter daşıyır və beynəlxalq tərəfdaşlar tərəfindən təsdiqlənir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sessiyanın gedişatı ilə bağlı fikirlərini bölüşərkən söyləyib. O bildirib ki, sessiyada nazirlər səviyyəsində keçirilən dəyirmi masada Azərbaycanın şəhərsalma və məskunlaşma sahələrindəki prioritetləri barədə məlumat verilib. Qeyd edilib ki, işğal dövründə şəhər və yaşayış məntəqələrinin tamamilə dağıdılması, infrastrukturun məhv edilməsi və ərazilərin minalanması bərpa işlərinin sürətlə aparılmasına mənfi təsir göstərir.
Anar Quliyev qeyd edib ki, bu il Ağdam şəhərində Milli Şəhər Forumunun keçirilməsinə dair ilkin razılıq əldə olunub, onun tarixi və gündəliyi müzakirə olunmalıdır. Eyni zamanda UN HABITAT-ın Azərbaycanda əsaslı şəkildə təmsil olunması da müzakirə mövzuları sırasında yer alır, o cümlədən beynəlxalq qurumla Azərbaycan arasında Milli Strategiya və Fəaliyyət Planı ətrafında da fikir mübadiləsi aparılır.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın postmünaqişə dövründə ərazilərin bərpasına dair təcrübəsini Ağdamda keçiriləcək forumda bölüşmək və digər ölkələrin bu təcrübədən faydalanmasına şərait yaratmaq mümkün olacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
KÖHNƏ BAYATILAR KÖMƏYƏ GƏLMİR
11 Avqust
Sarsılmaz qardaşlıq nümunəsi
11 Avqust
Müsəlman dövlətlərinin birliyi güclənir
11 Avqust
Təhlükəli viruslardan qorunmaq üçün qaydalara riayət olunmalıdır
11 Avqust
Bakıda "sauna", Budapeştdə "soyuq duş"
11 Avqust
Pambığı “ağ qızıl” edənlər
11 Avqust
Ağcabədililərdən nümunə olacaq xeyirxah təşəbbüs
11 Avqust
Ağdam rayonunda 420 hektar sahədə təkrar əkin aparılıb
11 Avqust
Sabirabadda yeni nasos stansiyası istifadəyə verilib
11 Avqust
"Yaylaq fındığı" yığılır
11 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!