Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini ilə görüşüb
Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri qonağı salamlayaraq, Azərbaycanın Qırğızıstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Spiker qeyd edib ki, Azərbaycan və qırğız xalqları ortaq tarixə, mədəni və mənəvi dəyərlərə malikdirlər. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Yüksək səviyyəli siyasi dialoq əməkdaşlığımızın həyatın digər sahələrində də dərinləşməsinə öz təsirini göstərir.
Parlamentlərarası əlaqələrdən söz açan spiker hər iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin dərinləşməsinin ümumi mənafelərə xidmət etdiyini söyləyib. O bildirib ki, deputatlarımız beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi olaraq görüşür, səmərəli fəaliyyət göstərirlər. Bu baxımdan, Qırğızıstan nümayəndə heyətinin Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına qatılmasını Milli Məclisin sədri yüksək dəyərləndirib, konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.
Spiker İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirak edəcək nümayəndə heyətləri rəhbərlərinin Şuşaya səfərindən söz açaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışıb. O bildirib ki, Şuşa nəinki Azərbaycanın mədəniyyət paytaxtıdır, həm də bütün türk dünyasının ayrılmaz bir parçasıdır.
Sahibə Qafarova qeyd edib ki, vaxtilə işğal altında olan torpaqlarımızda Ermənistan tərəfi bütün şəhər və qəsəbələri dağıdıb, yaşayış məskənlərini viran qoyub. İndi isə azad olunmuş ərazilərimizdə sürətli quruculuq və bərpa işləri aparılır. Spiker bölgəyə səfər zamanı qonaqların bütün bunların canlı şahidi olacaqlarını söyləyib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primov ölkəmizə səfərindən və Azərbaycan parlamentində olmağından məmnunluğunu ifadə edib. İƏTPA-nın Üçüncü Ümumi Konfransında iştiraka dəvətə görə qonaq Milli Məclisin sədrinə təşəkkür edib. O qeyd edib ki, qırğız xalqının Azərbaycan xalqı ilə ümumi ortaq dəyərləri var. Bu mənəvi yaxınlıq əlaqələrimizin inkişafı üçün yaxşı zəmin yaradır. Dövlət başçılarımızın səfərləri və görüşləri, yüksək səviyyəli nümayəndə heyətlərinin müxtəlif platformalarda həyata keçirdikləri görüşlər tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.
Qonaq parlamentlərarası əlaqələrin iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərin dərinləşməsinə də müsbət təsir edəcəyinə inamını ifadə edib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Brüssel gündəliyini qalib Azərbaycanın maraqları müəyyən edir
06 Iyul
4 ayda məktub
06 Iyul
Qazax rayonunun Qarapapaq-Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
06 Iyul
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının ...
06 Iyul
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının ...
06 Iyul
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında social müdafiə sahəsind...
06 Iyul
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
06 Iyul
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan R...
06 Iyul
"Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli...
06 Iyul
"Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Minera...
06 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!