24 Noyabr 2022 23:33
318
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığı Senatının sədri ilə görüşüb  

 

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına rəsmi səfəri çərçivəsində Kamboca Krallığı Senatının sədri Vibolsena Fikdei Say Çum ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Azərbaycan parlament sədrini səmimiyyətlə salamlayan Say Çum parlamentlərimiz arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını deyib. O, xüsusilə, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığı qeyd edib. Diqqətə çatdırıb ki, Kamboca Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsində fəaliyyətə böyük əhəmiyyət verir. O, Azərbaycanın təşəbbüsü ilə Şəbəkənin yaradılmasına və Bakı şəhərində təşkilatın birinci konfransının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfərdən məmnunluğunu ifadə edərək, göstərilən qonaqpərvərliyə, Azərbaycanın ASEAN Parlament Assambleyasına müşahidəçi üzv kimi qəbul olunmasına dəstəyə görə təşəkkür edib. O, səfər çərçivəsində Kambocada keçirdiyi görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyini bildirərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün dostluq qruplarının qarşılıqlı fəaliyyətinin önəmini vurğulayıb.

Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, Şəbəkənin yaradılması, onun təsis yığıncağı, Bakıda keçirilən birinci konfransı, hazırda təşkilatın institusional inkişafı üçün görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Sahibə Qafarova Parlament Şəbəkəsinin sədri olaraq bildirib ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə quraraq ümumi hədəflərə töhfə verməyə hazırdır.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın uğurlu inkişafı, ölkəmizin beynəlxalq təşəbbüsləri, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə ilə torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası, işğal dövründə Ermənistan tərəfindən şəhər və rayonlarımızın, infrastrukturun, tarixi və mədəniyyət abidələrinin tamamilə dağıdılması və talan edilməsi, hazırda işğaldan azad olunmuş ərazilərimizdə aparılan böyük quruculuq və bərpa işləri haqqında ətraflı məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video