Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı səmimiyyətlə salamlayan spiker, bu il Azərbaycanın təşkilata üzvlüyünün 30-cu ildönümünün tamam olduğunu, bu illər ərzində tərəflər arasında uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan regionun iqtisadi potensialından səmərəli istifadə etmək üçün qarşılıqlı, faydalı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ölkəmiz həmişə beynəlxalq iqtisadi əməkdaşlıq və inteqrasiya səylərinə öz dəstəyini göstərir. Bu kontekstdə Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa verdiyi töhfələr vurğulanıb.
Görüşdə Milli Məclisin sədri Azərbaycanla İƏT arasında münasibətlərin möhkəmləndirilməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə və münaqişənin həllindən sonra regionda yeni yaranmış şərait, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, kommunikasiyaların bərpasının və yeni dəhlizlərin yaradılmasının əhəmiyyəti, İƏT Parlament Assambleyasının Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransına hazırlıq məqsədilə görülən işlər və digər məsələlər barədə danışıb.
Baş katib Xusrav Noziri görüşə və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, Azərbaycana ikinci dəfə səfər etdiyini və ölkəmizin yüksək səviyyədə inkişafa nail olduğunu vurğulayıb.
X.Noziri Azərbaycanın İƏT-də fəal rol oynayan üzv dövlətlərdən biri olduğunu qeyd edib. O, Azərbaycanın təşkilatda fəal təmsilçiliyini, həmçinin Milli Məclisin İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının keçirilməsi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Kolumbiya həbsxanasında yanğın nəticəsində 49 nəfər həlak olub
28 Iyun
Milli Məclisin növbəti plenar iclası keçirilib
28 Iyun
Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub ...
28 Iyun
Türkiyənin Milli Müdafiə Nazirliyi meşə yanğınlarının söndürülməsində iştirak etmiş FHN-in əməkdaşla...
28 Iyun
Azərbaycanın xarici işlər naziri Türkiyə Maarif Fondunun sədri ilə görüşüb
28 Iyun
İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb...
28 Iyun
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr təqdim edilib
28 Iyun
Aleksey Reznikov: Ukrayna Türkiyədən əlliyə yaxın “Bayraktar” alıb
28 Iyun
Dövlət Komitəsinin sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib
28 Iyun
İyunun 28-də Azərbaycanda COVID-19 əleyhinə 24 doza vaksin vurulub
28 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!