05 Iyul 2022 19:14
183
SİYASƏT

Milli Məclisin sədr müavini: Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatı vasitəsilə parlament diplomatiyasını inkişaf etdirir 

 

Azərbaycanın 2019-ci ildə Qoşulmama Hərəkatına sədrliyə başlaması ilə təşkilatın fəaliyyətinə yeni nəfəs, canlanma gətirdiyi artıq bir faktdır. Bu, Qoşulmama Hərəkatının keçirdiyi tədbir və görüşlərin intensivləşməsi, təşkilata üzvlər arasında həmrəyliyin formalaşması, yeni təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsində özünü göstərir. Belə təşəbbüslərin bir çoxu Azərbaycan tərəfindən irəli sürülür və onların reallaşmasında Azərbaycan liderlik rolunu öz üzərinə götürür.

Bu cür səmərəli yanaşma sayəsində hərəkata üzv dövlətlər arasında Azərbaycandan ərazi, əhali, iqtisadi və hərbi güc, eləcə də bir sıra digər meyarlar baxımından qat-qat böyük dövlətlərin yer almasına baxmayaraq, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə quruma 2011-ci ildə üzv olmuş ölkəmiz Qoşulmama Hərəkatının aparıcı üzvünə çevrilib. Bu, həm də Azərbaycanın Qoşulmama Hərəkatı xaricində də beynəlxalq nüfuz və hörmətini artırıb. Milli Məclisin sədr müavini olaraq Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm işlərdən birini ayrıca vurğulamaq istərdim. Bu da Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis edilməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin sədr müavini Adil Əliyev söyləyib.

Adil Əliyevin sözlərinə görə, ölkəmizin Qoşulmama Hərəkatına üzvlüyü və sədrliyi Milli Məclisin beynəlxalq fəaliyyətinin güclənməsinə təkan verib. Başqa sözlə desək, parlament diplomatiyasının inkişafı üçün gözəl bir fürsət yaranıb və Azərbaycan Respublikasının Milli Məclisi Sahibə Qafarovanın sədrliyi ilə ölkəmizin parlament diplomatiyasını uğurla yürüdür. Bu da təbiidir. Çünki Prezident İlham Əliyevin 2020-ci ildə yeni formalaşmış parlamentin ilk iclasında çıxışı zamanı qarşıya qoyduğu əsas vəzifələrdən biri Milli Məclisin beynəlxalq arenada fəaliyyətinin daha da gücləndirilməsidir.

Milli Məclisin sədr müavini diqqətə çatdırıb ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətimizin İspaniyaya səfəri zamanı paytaxt Madrid şəhərində 2021-ci il 26 noyabr tarixində Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib. Beynəlxalq əməkdaşlıq islahatlar prosesinə qanunvericilik dəstəyinin verilməsində xarici ölkələrin təcrübələrinin öyrənilməsi baxımından əhəmiyyətlidir, eləcə də Azərbaycan təcrübəsinin xaricə çatdırılması üçün mühümdür. Bu gün əminliklə demək olar ki, bu istiqamətdə digər ölkələrin parlamentləri ilə və beynəlxalq təşkilatlarla effektiv surətdə əməkdaşlıq edirik. İyunun 30-da Bakıda Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının uğurla və səmərəli surətdə keçirilməsi buna parlaq sübutdur.

“Bakı konfransının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasından savayı, qurumun Gənclər Sammitinin keçirilməsi və Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması Azərbaycan tərəfindən irəli sürülmüş və digər üzvlərin dəstəyini qazanmış önəmli təşəbbüslər sırasındadırlar. Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının təkcə üzvlərinin bir-birlərinə dəstək ifadə etmək platforması kimi çıxış etməsinə deyil, eyni zamanda qurumun beynəlxalq arenada daha fəal rol oynamasına xidmət edir. Bu kontekstdə Azərbaycanın təşəbbüsü və öncüllüyü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qlobal parlament diplomatiyasında səsi eşidilən fəal bir aktora çevriləcəyinə olan ümid və inam artır”, - deyə Milli Məclisin sədr müavini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video