Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan verdiyi sözə, imzaladığı sənədlərə hər zaman sadiqdir
Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir!
Ulu Öndər Heydər Əliyevin sözüdür.
Müstəqilliyin ötən otuz üç ilində dəfələrlə sınaqdan çıxaraq həqiqiliyini təsdiq etmiş müdrik kəlamdır!
Qırmızı imperiya parçalananda keçmiş SSRİ-yə daxil olan müttəfiq respublikaların müstəqillik qazanmasına imkan yaranmışdı.
Lakin imperiyasevər qüvvələrin əsl niyyəti "kiçik qardaş"larına tam müstəqillik vermək yox, özlərindən asılı vəziyyətdə saxlamaq idi.
Bu məqamdan düzgün istifadə edən bəzi respublikalar müstəqilliyə gedən yolu nisbətən asanlıqla keçdilər.
Mühüm coğrafi məkanda yerləşən, neft-qaz ehtiyatları ilə zəngin Azərbaycanı isə Moskva heç də asanlıqla əldən vermək niyyətində deyildi!
Üstəlik, SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçov ermənilər tərəfindən ələ alındığından onların maraqlarına xidmət edən addımlar atırdı.
Ən böyük çətinlik onda idi ki, xalq öz sevimli rəhbərindən, sınanmış oğlundan ayrı düşmüşdü.
Həmin dövrdə Azərbaycana başçılıq edən maymaq və qorxaq şəxslər - Ə.Vəzirov və A.Mütəllibov dünyada gedən proseslərdən dərindən baş çıxarmır, Azərbaycanın müstəqil dövlət kimi yaşayacağını ağıllarına belə gətirmirdilər.
"Dağlıq Qarabağ problemi" adlandırılan münaqişənin şüurlu şəkildə yenidən alovlandırılması, əslində, Azərbaycanın Moskvadan asılı vəziyyətdə saxlanılmasına xidmət edən bir addım idi.
Ə.Vəzirov "Qarabağ münaqişəsinin həlli"ni 20 Yanvar faciəsindən sonra Bakıdan köçüb getmiş ermənilərin "geriyə qaytarılmasında", əvvəllərdə olduğu kimi, "xalqlar dostluğunun tərənnümü"ndə görür, hətta "Muştuluğumu verin, ermənilər geriyə qayıdır" söyləyərək xalqımıza gözaydınlığı verirdi.
A.Mütəllibov isə Azərbaycanın SSRİ-nin tərkibində qalması ilə bağlı referendum keçirirdi.
1991-ci ilin oktyabrında Azərbaycan parlamenti tərəfindən qəbul edilən "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" isə deklorativ xarakter daşıyırdı.
Milli azadlıq hərəkatının dalğaları üzərində iqtidara gələn AXC-Müsavat cütlüyü isə nəinki Azərbaycana müstəqillik gətirdi, əksinə, onun bir dövlət kimi mövcudluğunu belə, real təhlükə qarşısında qoyaraq "vəzifələrini dondurub" aradan çıxdılar.
Azərbaycana qoyduqları miras isə xaos, anarxiya, başıpozuqluq, qanunsuzluq və vətəndaş müharibəsinin alovları oldu!
Xalqın arzu və tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni xaos və anarxiyadan qurtardı, qanunsuz silahlı dəstələri tərksilah edərək vətəndaş müharibəsinin alovlarını söndürdü, ölkədə möhkəm və dönməz sabitlik yaratdı.
Ulu Öndər Heydər Əliyev iki dəfə - 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, AXC-Müsavat cütlüyünün xamlığı və səriştəsizliyi nəticəsində pozulmuş və ağır fəsadlar vermis Rusiya-Azərbaycan münasibətlərini yeni prinsiplər əsasında yoluna qoydu!
Ulu Öndərimiz Azərbaycanın müstəqil daxili və xarici siyasət kursunu müəyyənləşdirdi, dövlətin gələcək uğurlu inkişaf strategiyasını hazırlayaraq əbədiyyətə qovuşdu.
Xalqımız bu gün də Heydər Əliyev siyasi kursu ilə inamla irəliləyir, ölkəmiz ilbəil qüdrətlənərək beynəlxalq nüfuzunu artırır, qarşıya qoyduğu məqsədlərə daim nail olur.
Cənubi Qafqazın digər iki dövləti - Gürcüstan və Ermənistan isə fərqli yol tutdular.
***
Ermənistandan fərqli olaraq Gürcüstan üzünü birmənalı şəkildə Qərbə doğru çevirdi.
Xüsusən də keçmiş prezident M.Saakaşvilinin ABŞ-nin və Qərbin dəstəyi - "narıncı inqilab" yolu ilə hakimiyyətə gəlməsi xalqda güclü eyforiya yaratdı.
ABŞ-dən, Avropa İttifaqından ölkəyə verilən milyonlarla dollar yardımlar, ölkənin təhlükəsizliyinin qorunacağı və Avropa İttifaqına qəbul ediləcəyi barədə söylənilən vədlər müvəffəqiyyətdən baş gicəllənməsi yaratdı.
Lakin hakimiyyət uğrunda siyasi partiyalar arasında gedən mübarizələr, KİV-in və televiziya kanallarının xaricdəki müxtəlif qüvvələrə və maraqlara xidmət etməsi ilk dövrlərdə islahatlar nəticəsində qazanılan müəyyən uğurların da gözdən düşməsi ilə nəticələndi.
Birqütblü siyasət, xüsusən Rusiya ilə çoxvektorlu bağlılıqların birdən-birə sındırılması ciddi siyasi böhrana gətirib çıxardı.
Gürcüstan-Rusiya münasibətlərinin kəskinləşməsi və pozulması 2008-ci ilin avqust müharibəsi ilə nəticələndi.
ABŞ və Qərb həmişəki kimi verdikləri vədi yerinə yetirmədilər.
Beləliklə, Gürcüstan ərazi itkisinə məruz qalaraq ölkədaxili sabitliyi itirdi, uzunmüddətli siyasi böhranla üzləşdi.
Yeni siyasi qüvvənin ölkəyə rəhbərliyə gəlməsi müəyyən sabitlik yaratsa da, "demokratik və ruspərəst qüvvələr" arasındakı çəkişmələr çalxalanmalara səbəb olurdu.
Bundan istifadə edən ABŞ və Qərb artıq Gürcüstanla diktə dili ilə danışır, iradələrinin birmənalı şəkildə qəbul olunmasını tələb edirdilər.
Yeni hökumət kabinetinin "xarici agentlər barədə" qanunu qəbul etməsi isə növbəti qarşıdurmaya və sabitliyin pozulmasına səbəb oldu!
Artıq Gürcüstana verilən "cəza" da bəyan edilmişdir: ABŞ və Avropa İttifaqının ayırdığı qrantların verilməsi dayandırılmış, Gürcüstanın Aİ-yə qəbulu qeyri-müəyyən müddətə təxirə salınmışdır.
Hələlik Gürcüstan, qədim Azərbaycan məsəlində deyildiyi kimi, Əli aşından da olub, Vəli aşından da!
Sonrası necə olacaqdır - bu qeyri-müəyyənlik də davam etməkdədir.
***
Hər dəfə Cənubi Qafqazda qarışıqlıq yarananda, Azərbaycan üçün taleyüklü məqamlarda Ermənistan ağalarının köməyi ilə bundan ustalıqla bəhrələnə bilib.
Çar Rusiyasının əli ilə Cənubi Qafqazda özünə dövlət yaradan Ermənistan 1918-ci ildə baş verən qarışıqlıqlardan istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətindən xeyli torpaq qopara bilmişdi.
Sovet Rusiyası dövründə də müxtəlif üsullar, o cümlədən azərbaycanlıların qədim dədə-baba yurdlarından dövlət tərəfindən deportasiya edilməsi sayəsində torpaqlarını daha da genişləndirmişdi.
AXC-Müsavat cütlüyünün səriştəsizliyindən və naşılığından, yanlış xarici siyasətindən bacarıqla istifadə edən Ermənistan ikinci dəfə dövlət müstəqilliyinin əldə olunması ərəfəsində də eyni üsulla Azərbaycandan yeni ərazilər qoparmağı bacardı!
B.Yeltsinin ayırdığı bir milyard dollarlıqdan artıq silah-sursatdan, habelə 366-cı motoatıcı alayın köməyindən bəhrələnən Ermənistan həmin dövrdə əsl rəhbəri, ordusu, silah-sursatı olmayan Azərbaycanın keçmiş DQMV adlanan ərazisini və ona bitişik yeddi rayonu işğal etdi.
BMT-nin Təhlükəsizlik Şurasının işğal faktını qəbul edərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməsi barədə 4 qətnaməsinə məhəl qoymayan haylar onlara dost dövlətlərin həmsədrliyi ilə yaradılmış ATƏT-in Minsk qrupunun sülh danışıqlarını imitasiya edərək işğalın əbədiləşdirilməsi yolunu tutmuşdu.
"Dünya birliyi", "dünya ictimaiyyəti", beynəlxalq qurum və təşkilatlar, beynəlxalq hüquq isə özlərini iflic vəziyyətinə qoyaraq kənar müşahidəçi rolunda idilər.
Ta o vaxta qədər ki, Azərbaycan bu problemi öz gücü, öz imkanları hesabına, müharibə yolu ilə həll edərək otuz-illik işğala və ikiəsrlik münaqişəyə birdəfəlik son qoydu!
***
* Artıq Üçüncü Dünya müharibəsi başlayıb.
* Artıq dünyanın yeni düzəni formalaşmaqdadır!
* Artıq Cənubi Qafqazı da müharibə alovlarına bürümək, qan çanağına döndərmək niyyəti açıq-aydın görünür.
Bu gün Cənubi Qafqazda yaşayan xalqların taleyi mənsub olduqları dövlətlərin bu mürəkkəb dövrdə tutduqları mövqedən, dövlət başçılarının yeritdikləri müdrik və uzaqgörən siyasətdən asılıdır.
Zəfər müharibəsindəki möhtəşəm qələbədən, torpaqlarını işğaldan tamamilə azad etdikdən sonra Azərbaycan qətiyyətli, özünə güvənən, heç bir təhdidə və hədəyə əhəmiyyət vermədən milli maraqlarını təmin edən siyasət yeritməkdədir.
Fərəhli haldır ki, yeni reallıqları, dünyadakı və Cənubi Qafqazdakı hadisələri diqqətlə izləyən, baş verənlərdən düzgün və uzaqgörən nəticələr çıxaran Azərbaycan Prezidenti İlham Əliyev dövrün çağırışlarına uyğun siyasət yeridərək Rusiya ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qaldırılmasına nail olmuşdur!
***
Azərbaycan daim xarici siyasətində və dövlətlərarası münasibətlərdə rasional mövqe tutur: sülh və əməkdaşlıq təklif edir, hər hansı layihənin icrasında iştirakçı tərəflərin hər birinin fayda götürməsinə çalışır və buna şərait yaradır.
Avropa ilə Asiyanın qovşağında, əlverişli coğrafi məkanda yerləşən ölkəmiz bu üstünlükdən səmərəli şəkildə, bərabərlik prinsipləri əsasında istifadənin tərəfdarı olub və belə əməkdaşlığa daim öz dəyərli töhfələrini verib.
"Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin yaradılması və işlək vəziyyətə salınması, bu gün isə Orta dəhlizin önəmli bir layihəyə çevrilməsi məhz Azərbaycan dövlətinin xidmətidir.
* Bakı-Tbilisi-Qars dəmir yolunu Azərbaycan çəkib.
* Dünya okeanına çıxışı olmayan Bakı beynəlxalq logistika mərkəzinə çevrilib.
* Xəzərdə ən böyük mülki donanmaya sahib Azərbaycandır.
* Ələt yükdaşıma limanının və BTQ dəmir yolunun yükdaşıma imkanlarını qat-qat artıran Azərbaycandır!
* Müharibələr və münaqişələr səbəbindən ənənəvi ticarət yollarından istifadənin mümkünsüzlüyü şəraitində yeni, daha əlverişli və az zaman sərfi tələb edən nəqliyyat dəhlizini dünya dövlətlərinə təqdim edən də məhz Azərbaycandır.
Özü də elə bir vaxtda ki, buna çox ciddi ehtiyac var!
Lakin hikkəli dövlətlər Ermənistanın yanlış və revanşist mövqeyindən istifadə edərək Cənubi Qafqazda müharibə ocağı alovlandırmaq istəyirlər!
* ABŞ Ermənistana yardım ayırır, silah və hərbi kontingent göndərir, ermənilərlə birgə təlimlər keçirir.
* Fransa Ermənistana kəşfiyyatçı-casuslar göndərir, Hindistandan silah alışını təşkil edir, beynəlxalq qurum və təşkilatlarda beynəlxalq hüquqa zidd əməllərinin və mövqeyinin müdafiəçisi qismində çıxış edir.
* İran Ermənistan sərhədlərinin pozulmasını özünün "qırmızı xətti" elan edir, "dalan dövlət"in yaşayışının və təcavüzkar əməllərinin davamının dəstəkçisi rolunu oynayır.
* Avropa İttifaqı "Sülh Fondu"ndan yardım ayırmaqla erməni revanşizminin baş tutmasına yardım göstərir və s.
Kim nə qədər istəsə, Ermənistana silah verə və sata bilər.
Kim nə qədər istəsə, Ermənistana jandarma, keçmiş kəşfiyyatçı, "durbin müşahidəçisi" göndərə bilər.
Kim nə qədər istəsə, Ermənistana maliyyə yardımı göstərə, beynəlxalq qurumlarda maraqlarını qoruya bilər.
Kim nə qədər istəsə, Ermənistanda birgə təlimlər keçirə bilər.
Kim nə qədər istəsə, Ermənistanı revanşizmə hazırlaya bilər.
Kim nə qədər istəsə, Ermənistanın sülh müqaviləsini imzalamasına əngəl törədə bilər.
* Ancaq heç zaman Ermənistan Azərbaycandan güclü olmayacaq!
* Ancaq heç zaman Ermənistan ordusu Azərbaycan Ordusuna çata bilməyəcək!
* Ancaq heç zaman yenidən Azərbaycan torpaqlarını işğal etməyi bacarmayacaq!
* Ancaq heç zaman 3 milyonluq Ermənistan 10 milyonluq Azərbaycana üstün gələ bilməyəcək!
* Qoy Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatsın - dalan vəziyyətində qalan, əhalisi dilənçi kökünə düşərək ölkəni tərk edən onlardır!
* Qoy Ermənistan Zəngəzur dəhlizini açmasın, - Azərbaycan İran ərazisi ilə öz istəyini gerçəkləşdirəcək!
* Qoy Ermənistan delimitasiya və demarkasiya prosesini ləngitsin - Azərbaycan sərhəddə əlverişli mövqedə yerləşərək etibarlı müdafiəsini təşkil edib!
* Qoy Ermənistan revanşizm niyyətilə hərəkətə keçsin - görək onun ordusundan və zəif dövlətindən meydanda nə qalacaq!
Azərbaycan güclü dövlət və güclü ordu yaradıb, Qarabağ problemini birdəfəlik həll edib, vəziyyət tam nəzarətdədir, arxasında kimlərin durmasından asılı olmayaraq, revanşizm niyyətinə düşən Ermənistanı 44 günlük müharibədə olduğundan daha ağır və çıxılmaz hala salmağa hər zaman hazırdır!
***
Azərbaycan-Rusiya əlaqələri qədim tarixə malikdir.
* Rusiya geniş imkanlara, zəngin təbii ehtiyatlara sahib olan fövqəlölkədir.
* Rusiya Azərbaycanın ən böyük qonşusu, ənənəvi tərəfdaşıdır.
* Rusiya həm də ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və digər məhsullar üçün əlverişli bazardır.
Hazırda Rusiyada milyondan çox azərbaycanlı yaşayır və işləyir.
Hələ qədimlərdən Azərbaycanda mütərəqqi ictimai-siyasi fikrin, elmin, mədəniyyətin inkişafında, müxtəlif sahələrdə çalışacaq yüksəkixtisaslı kadr hazırlığında Rusiyanın böyük rolu olmuşdur.
Bütövlükdə bu ikitərəfli əlaqələr hər iki dövlətə fayda gətirir, əməkdaşlığın gücləndirilməsini zəruri edir.
Ölkəmizin 44 günlük Zəfər müharibəsində torpaqlarını erməni işğalından azad etməsi, Rusiya Sülhməramlı Kontingentinin öz missiyasını yerinə yetirərək Qarabağı tərk etməsi iki ölkə arasında çoxillik münasibətlərin yeni mərhələsinin başlanğıcı sayıla bilər.
Ən düzünü, ən yaxşısını Azərbaycan etmiş, Rusiya ilə əlaqələri yeni dövrün tələblərinə uyğun quraraq dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmişdir.
Rusiyanın ənənəvi dostu və forpostu Ermənistan isə üzünü Qərbə çevirərək ondan üz döndərməkdədir.
* "Müharibə dövründə niyə mənim əvəzimə Azərbaycana qarşı vuruşmadın", - deyə incikliyini bildirir.
* KTMT-nin tədbirlərində iştirak etmir, üzvlük haqqını ödəmir.
* Bu qurumdan çıxacağını bəyan edərək ABŞ-nin hərbi kontingenti ilə birgə təlimlər keçirir.
* Zvartnots aeroportundan rusiyalı sərhədçiləri çıxararaq ABŞ hərbi təyyarələrinin Ermənistana gəlişinin yolunu açır.
* Rusiya Prezidenti V.Putinin vasitəçiliyi ilə baş tutan atəşkəsin yaradılması hesabına imzalanan üçtərəfli Bəyanatın tələblərini yerinə yetirmir.
* Rusiyanı Qərbə dəyişəcəyinə, 102-ci rus hərbi bazasının ölkəsindən çıxarılacağına eyhamlar vurur, bu istiqamətlə əməli addımlar atır.
* Utanmadan "Rusiya Qarabağı bizdən alıb Azərbaycana qaytardı" kimi həyasız sayıqlamalar edir.
* V.Putinin imzası ilə müxtəlif vaxtlarda qəbul edilən 5 bəyannamənin tələblərini icra etməyərək sülh müqaviləsini imzalamır.
Siyasətdə ikiüzlülük, naşılıq göstərən, dövlət idarəetməsində heç bir təcrübəsi olmayan Paşinyan odla oynamaqda davam edir.
***
Rusiya Prezidenti cənab Vladimir Putinin Azərbaycana növbəti səfəri iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında yeni mərhələnin başlandığından xəbər verir.
Bu səfərin bir özəlliyi də ondadır ki, Rusiya Prezidenti V.Putinin Azərbaycana ilk dövlət səfəridir və xüsusi xarakter daşıyır.
Görüşlər zamanı müxtəlif açıqlamalar verən hər iki dövlət başçısı dövlətlərarası əlaqələrin durumundan və inkişafından razılıqlarını bildirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev: "2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk".
Rusiya Prezidenti Vladimir Putin: "Vurğulamaq istərdim ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir".
Təbii ki, danışıqlar zamanı Cənubi Qafqazdakı mövcud vəziyyətə də toxunuldu.
İlham Əliyev: "Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır".
Vladimir Putin: "Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq".
Ermənistanın indiyədək üçtərəfli Bəyanatın məlum maddələrinin icrasına laqeyd və məkrli mövqedən yanaşdığına da diqqət yetirildi:
İlham Əliyev: "Deməliyəm ki, Azərbaycanın ərazisində "Şimal-Cənub" dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox - 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər".
Vladimir Putin: "Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirdik. Vurğulayım ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək".
Məsələ ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiyanın "Birinci Kanal"ına verdiyi açıqlama da diqqəti cəlb edir: "Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən (Zəngəzur - red.) keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır".
Aparılan danışıqlardan, imzalanan sənədlərdən, çıxış və mətbuata verilən bəyanatlardan görünən budur: hər iki tərəf dövlət səfərinin nəticələrindən razı qalmışdır!
Azərbaycan Prezidenti İlham Əliyev: "2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir".
Rusiya Prezidenti Vladimir Putin: "Sonda bir daha vurğulamaq istərdim ki, biz səfərin yekunlarından tamamilə məmnunuq. Əminəm ki, bu gün aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək".
Azərbaycan Cənubi Qafqazın ən güclü və nüfuzlu dövlətidir!
Azərbaycanın razılığı və iştirakı olmadan burada heç bir layihə reallaşdırıla bilməz!
Azərbaycanın məqsədi isə burada milli maraqlarını təmin etmək, etibarlı sülhün yaranmasına nail olmaq, bölgədəki dövlətlərin birgə və bərabərhüquqlu əməkdaşlığına şərait yaratmaqdır.
Rusiya ilə yaranan münasibətlər bu istəyin baş tutmasında həlledici məqamlardan biri hesab olunur!
Bəxtiyar SADIQOV
Azərbaycan MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında təmsil olunub
5000 illik qəbir aşkar edilib
Uçan taksi nümayiş etdirilib
Əhliman Əmiraslanov: Sabah Şuşada türk dövlətlərinin səhiyyə nazirləri arasında görüş keçiriləcək
Vüqar Qurbanov: Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq
Zurabişvilinin impiçmenti müzakirəyə çıxarılır
Çinə aid avtomobil karvanı partladıldı
Sabah daha bir yağmursuz payız havası gözlənilir
Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər
“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb
"İnanıram ki, daha yaxşı nəticələr bizi gözləyir" - Qurban Qurbanov
XİN: Səkkiz Azərbaycan vətəndaşı repatriasiya edilib
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir - YENİLƏNİB
“Neftçi” Rusiyada 5 klub dəyişmiş baş məşqçini gətrmək istəyirmi? - AÇIQLAMA
Ukrayna F-16-ların ilk partiyasını aldı
AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
Azərbaycanda regional anbarların yaradılması təklif olunur
Okeanın dibində nəhəng asteroid aşkarlandı
Afrikada meymunçiçəyinə yoluxma artıb
Türkiyədə “Kızılelma” hərbi PUA-nın kütləvi istehsalına başlanılıb
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!