17 Dekabr 2022 10:28
1233
SİYASƏT
A- A+

MİLLİ BİRLİK BELƏ OLUR

Bu  gün hər bir vətənpərvər Azərbaycan vətəndaşının ürəyi  Laçın yolundakı etirazçılarla birgə döyünür

 

Bu gün Şuşa-Laçın yolunda iki tərəf, iki mövqe qarşı-qarşıya dayanıb:

Bu yerlərin sahibləri ilə  gəlmələr!

Sülh tərəfdarları ilə qisas haqda düşünənlər!

Əliyalın mülki insanlarla əlisilahlı hərbçilər!

Ədalətlilər və güclülərlə haqsızlar və yalançılar!

Əslində, qaliblərin qarşısını məğlublar, riyakarlar və məkrlilər kəsiblər!

Bəli, Azərbaycan tərəfi qalib gəlsə də, yenə  sülh təklif edir.

Kapitulyasiya aktında irəli sürdüyü tələblərə və şərtlərə dinc yolla çatmağa çalışır.

"Dəmir yumruq"la diz üstə qoyulan ermənilərin isə hələ ağılları başlarına tam  qayıtmayıb.

Sülh  sazişinin  imzalanmasını  müxtəlif bəhanələrlə  uzadırlar.

Köhnə ağalarını yenisi ilə dəyişib-dəyişməyəcəklərini  qətiləşdirməkdə  çətinlik çəkirlər!

Rusiya və  İranın  vasitəsilə  yenidən silahlanır, əzilmiş ordularını  ayağa qaldırmaq xülyasına  düşürlər!

Azərbaycanın təbii sərvətlərini aşkar-gizli formada daşıyıb aparırlar!

Bizə öz ərazilərimizdə  monitorinq  keçirməyə mane olmağa çalışırlar!

Qısası, odla çox təhlükəli oyunlar oynayırlar!

***

Altıncı gündür ki, Azərbaycan jurnalistləri, vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar RSK postu qarşısında dinc aksiya keçirməklə rus generalı Volkovla görüş tələb edirlər!

Altıncı gündür ki, general Volkov əliyalın, qadın və kişilərdən ibarət dinc insanların qarşısına çıxmır, onlarla görüşdən boyun qaçırır.

Səbəbi...

Ehtimallar çoxdur:

*  Ekoloqların  "Qızılbulaq"  və "Dəmirli"  mədənlərində  monitorinq  aparmalarına  şərait yaradacağına dair  verdiyi  "general sözü"nə əməl edə bilmədiyinə görə xəcalət çəkir, adam üzünə çıxa bilmir;

* Ermənilərin (yeni "nazir" Vardanyanın) ona etdikləri "hörmət"in əvəzini  monitorinqə maneçilik  törətməklə çıxmağa çalışır;

* Qəsdən gərginlik, qarşıdurma  yaradılır ki,  sülh müqaviləsinin  imzalanması baş tutmasın.

Həqiqətə yaxını isə budur ki,  hələ siyasi qərar verilmədiyindən sülhməkrlilər nə edəcəklərini kəsdirə  bilmirlər!

General sözündən qaçsa da, azərbaycanlı kişi və qadınlar dediklərinin üstündə  möhkəm durublar: öz torpaqlarında istədikləri yerdə monitorinq keçirməsələr, yerlərindən tərpənən deyillər!

***

Əsrlərdir "soyqırımı"na uğramaq həsrətində olan, amma heç cür bu "arzuları"na çata bilməyən ermənilər yenidən haray-həşirə başlayıblar:

Yolumuzu bağlayıb, bizi soyqırımı edəcəklər!

Halbuki yolu bağlayan mülki etirazçılar yox, onların can-ciyərləri  RSK-dır;

Hərbi maşınlardır; 

Yolun ortasında saxlanılan KamAZ-lardır;

Əsgər konteynerləridir...

Erməni şivənini eşidən kimi diasporun pul kisəsindən asılı olanlar dərhal narahat oldular!

Dekabrın 13-də Fransa Respublikasının Avropa və Xarici İşlər Nazirliyinin, ABŞ Dövlət Departamentinin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüləri "yolun bağlanmasının erməni əhalisi üçün humanitar nəticələrə gətirib çıxara biləcəyi"ndən "əndişə"lərini söylədilər.

Nə qədər "humanist və mərhəmətli" yanaşma...

Otuzillik işğal dövründə Azərbaycan vətəndaşlarının doğma torpaqlara gedən yolunu erməni vandalları kəsəndə, ABŞ və Fransanın da daimi üzvü olduğu BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi onillərlə icra edilməyəndə, qaçqınlar və məcburi köçkünlər çadır şəhərciklərində soyuqda, ac-susuz qalanda ATƏT-in Minsk qrupunun üzvü olan bu dövlətlərdən nə ədalət gördük, nə qəbul etdikləri sənədlərin icrasını, nə də  beynəlxalq hüquqa əməl olunmasını...

Gördüyümüz isə... 

İndiki kimi ikili standart, ikili yanaşma olub!

Azərbaycan  Xarici İşlər Nazirliyi dərhal bəyanatla çıxış edən ölkələrin ağzından vurdu: "...Təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə diqqət yetirilməməsi,  habelə üçtərəfli  Bəyanatın  6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni  iqtisadi fəaliyyət üçün istifadə olunmasına bu ölkələr tərəfindən laqeydlik və məsələlərə qərəzli yanaşma",  "Laçın yolundan istifadə edilməklə Azərbaycan ərazilərində mülki əhaliyə qarşı törədilən mina terroruna əhəmiyyət verilməməsi" daha çox və ciddi narahatlıq doğurmalıdır!

***

Diriykən basdırılan ATƏT-in Minsk qrupunun digər üzvü olan  Rusiyanın erməni  parasından asılı olan  telekanalları və  "sözçüləri" də münasibətlərini həmişəki  qaydada - bizə  "xox"  gəlməklə, "neft mədənlərimizi  raket zərbələri ilə vurmaq" hədəsi ilə ifadə edirlər.

* Heç elə bil öz dövlətlərinin  bu məsələyə münasibətindən xəbərləri yoxdur!

* Heç elə bil Rusiya ilə Azərbaycan arasında  yeni imzalanan Müttəfiqlik Münasibətləri Haqqında müqavilə barədə heç nə eşitməyiblər.

*  Heç elə bil  prezident V.Putinin 10 noyabr Bəyanatına  qarant kimi imza atdığını bilmirlər.

Əslində, xəbərləri də var, eşidiblər də, bilirlər də!

Sadəcə, nə dövlətlərinə, nə də prezidentlərinin imzalarına hörmət edirlər.

Bu isə artıq bizim problemimiz deyil!

***

Dinc  etiraz aksiyasına  qoşulanların sayı  günbəgün deyil, saatbasaat  artır.

 

Şuşa-Laçın yoluna toplaşanlar  təkcə etiraz və tələblərini səsləndirmirlər, həm də Azərbaycan xalqının milli birliyini, monolitliyini əyani şəkildə nümayiş etdirirlər.

Tələblərinə əməl olunanadək  dinc etiraz aksiyasını davam etdirəcəklərini bildirənlər arasında:

* İqtidar  və müxalifət jurnalisti, bitərəf qələm sahibi yoxdur, hamı bir mövqedədir!

* QHT təmsilçiləri heç bir  "cəbhə"yə  bölünməyiblər, hamısı bir fikirdədirlər!

* Bütün ictimai fəallar, yaşından, cinsindən, sənətindən, çalışdığı sahədən asılı olmayaraq, qəlbinin hökmü ilə bura gələn hər bir kəs əsl azərbaycanlıdır!

*  Azərbaycanın maraqlarını təmsil və müdafiə edən  vətən övladıdır!

44 günlük Vətən müharibəsində olduğu kimi, bu mövqedə də hamı bir yumruq kimi birləşib!

"Qardaş yumruğu" da bu yumruğun yanındadır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu yumruqları birləşdirərək "dəmir yumruğ"a çevirir!

Qələbə gətirən "dəmir yumruğ"a!

***

Deyəsən, hələ xəmir  çox su aparacaq!

Generalın gərdəkdən çıxmaq fikri yoxdur!

Dinc yolla mübarizəsini davam etdirən etirazçılar isə tələblərinə yenisini də əlavə etdilər:

Şuşa-Laçın yolu ilə daşınan sərvətlərimizin, Ermənistandan və İrandan  ərazimizə gətirilən minaların, silah-sursatın, bizdən icazəsiz gələn casus və təxribatçıların qarşısının alınması üçün Laçın yoluna Azərbaycan tərəfinin də  nəzarətinə imkan yaradılmalıdır!

Haqlı və doğru tələbdir!

Nə qədər gec deyil, nəzərə alınmalı və icra olunmalıdır!

Hələ  üçtərəfli Bəyanatda Xankəndidəki  erməni silahlı qüvvələrinin  çıxarılmasını tələb edən bənd də var!

Sülh üçün  ayrılan vaxt isə gözləmir!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video