27 Yanvar 2023 02:07
352
Fərmanlar
A- A+

"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında"  2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi, "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.2-ci (hər iki halda) maddəsində, 4-cü maddəsinin birinci və ikinci cümlələrində, 
5.3-cü, 6.2-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 1.1.2-ci (birinci halda) və 5.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 4-cü maddəsinin birinci və ikinci cümlələrində, 6.2-ci və 7.2-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 1.1.2-ci maddəsində (ikinci halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. altı ay müddətində:
2.2.1. həmin Qanunun 4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq,  koordinasiya qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin; 
2.2.2. həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə  məlumat versin;
2.2.3. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin həmin qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydalarını təsdiq etsin, qiymətləndirməni həyata keçirən qurumu müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasını Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları" nəzərə alınmaqla altı ay müddətində təmin etsin və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün. 
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; 2022, № 4, maddələr 305, 306, № 5, maddələr 443, 448, № 10, maddə 1136; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1928 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi"nin 3.1.31-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
"3.1.31. sahibkarların vahid reyestrinin formalaşdırılması və aparılması ilə bağlı müvafiq tədbirlər görmək;".
5. "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 481; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 573; 2007, № 12, maddə 1246; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2020, № 6, maddə 686; 2022, № 8, maddə 863) ləğv edilsin. 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 26 yanvar 2023-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video