14 May 2022 18:39
825
İQTİSADİYYAT
A- A+

Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Səngaçal terminalında olub  

Mayın 14-də iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Səngaçal terminalında olub.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, səfər neft və qazın qəbulu, texnoloji emalı və ixracı üzrə dünyanın ən böyük terminallarından biri hesab olunan və beynəlxalq standartlara cavab verən bu obyektin işinə yerində baxış keçirmək, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi daşıyıb.

Səfərin gündəliyi terminalın tarixi, cari əməliyyatlar, terminaldakı qurğuların funksiyaları və həyata keçirdiyi proseslər barədə təqdimatlardan və perspektiv imkanların müzakirəsindən ibarət olub.

Terminalda nümayəndə heyətinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons və BP-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.

Sonra “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” texnoloji qurğular ərazisi, Cənubi Qafqaz Boru Kəmərinin birinci kompressor stansiyası, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin birinci nasos stansiyası, Mərkəzi Dispetçer Məntəqəsi, SOCAR-ın ölçü məntəqəsi və digər obyektlərə tur təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video