04 Dekabr 2021 16:10
844
DÜNYA
A- A+

Miçiqan ştatında dörd nəfəri öldürən məktəblinin valideynləri həbs olunub

 

ABŞ-ın Oksford şəhərindəki (Miçiqan ştatı) məktəbdə odlu silahdan atəş açaraq dörd nəfəri qətlə yetirən məktəblinin valideynləri həbs olunub.

AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, yeniyetmənin valideynləri Ceyms və Cennifer Krambli Detroytdakı evlərin birinin zirzəmisində gizlənmişdilər. Bundan əvvəl onlara ittiham irəli sürülsə də, ər-arvad məhkəməyə gəlməmiş və ədalət mühakiməsindən yayınmağa cəhd göstərmişdilər.

Prokurorluğun məlumatına görə, onların 15 yaşlı oğlu atasının silahını götürərək məktəbə gəlib. O, dörd nəfəri öldürüb və yeddi nəfəri yaralayıb. İttiham tərəfi israr edir ki, ata və ana oğlanlarının davranışlarına məhəl qoymayıb və aqressivliyə meyillik əlamətlərinə fikir verməyiblər.

Oğlanın özü isə terrorizmdə, qəsdən adam öldürməkdə, adam öldürməyə cəhd göstərməkdə, qanunsuz silah gəzdirməkdə ittiham olunur. Yetkinlik yaşına çatmış şəxs kimi mühakimə olunacaq İtan Krambli ömürlük həbs cəzasına məhkum edilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video