Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Qərar № 45/226
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 sentyabr 2024-cü il tarixli 89 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Şahverdiyev Araz Vəli oğlu 13 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin 83 və 84 saylı seçki məntəqələrinin təşkili və dairə seçki komissiyasının 11 sentyabr 2024-cü il tarixli 31/91 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Araşdırma prosesində o, telefon vasitəsilə şikayət üzrə bir sıra məqamlara aydınlıq gətirsə də, araşdırmaya və komissiyanın iclasına gəlməmişdir.
Namizəd A.V.Şahverdiyev müraciətində 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntular olmasını, həmçinin 83 və 84 saylı seçki məntəqələrinin harada yaradılması və yerləşməsi barədə məlumatsız olmasını bildirərək seçki dairəsinin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və qeyd edilən seçki məntəqələrinin yaradılması barədə ona məlumat verilmədiyinə görə tədbir görülməsini tələb etmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Mərkəzi Seçki Komissiyasında aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
Bundan əlavə, araşdırma ilə müəyyən edilmişdir ki, seçki dairəsi üzrə 83 və 84 saylı seçki məntəqələri 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi dairə seçki komissiyasının 13 avqust 2024-cü il tarixli 25/75 saylı qərarı ilə Seçki Məcəlləsinin 35.5-ci maddəsinin tələblərinə uyğun yaradılmış, bu barədə dairə seçki komissiyasının qərarı müvafiq qaydada dərc edilərək ictimailəşdirilmişdir. Həmin seçki məntəqələrinin yaradılması barədə qərarın ictimailəşdirilməsi seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Ağayeva Natəvan Məhərrəm qızının izahatı ilə öz təsdiqini tapmışdır.
Araşdırma ilə namizəd A.V.Şahverdiyevin müraciətində iddia etdiyi digər hallara aid pozuntuların baş verməsi öz təsdiqini tapmamışdır.
Beləliklə, 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsinin dairə seçki komissiyası namizəd A.V.Şahverdiyevin müraciətinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyindən, dairə seçki komissiyasının 11 sentyabr 2024-cü il tarixli 31/91 saylı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.
Bununla da, namizəd A.V.Şahverdiyevun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 sentyabr 2024-cü il tarixli 89 saylı müraciəti təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112.1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Şahverdiyev Araz Vəli oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 sentyabr 2024-cü il tarixli 89 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 11 sentyabr 2024-cü il tarixli 31/91 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16.09.2024
Sinqapurda yaşayan Azərbaycan icması ilə görüş olub
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Litvada ABŞ, Britaniya və Polşa hərbçilərinin iştirakı ilə təlimlər başlanır
Prezident İlham Əliyev Benin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Cəbrayıl şəhərində ilk dəfə əmək yarmarkası keçirilib
“Bloomberg”: Avropa “dönmə nöqtəsinə” yaxınlaşır
İşğaldan azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
İranda 48 nəfər spirtli içkidən zəhərlənərək ölüb
Baydenin Almaniyaya yeni səfər tarixi açıqlandı
“CNNTürk”: COP29 qlobal ekoloji gündəliyin formalaşdırılması kontekstində diqqətəlayiqdir
Çin ordusu təlimlərə başladı
Bu artıq üçüncü dünya müharibəsi deməkdir - Siyarto
ABŞ-də atışma: Bir ölü, 9 yaralı var
Əlilliyi olan 489 hərbçi yüksək texnologiyalı protezlərlə təmin edilib
Son iki gündə 12,4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Azərbaycan ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycan Mərkəzi Asiya ölkələri nazirlərinin görüşündə qonaq qismində təmsil olunub
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrəyə səfər edib
Millətlər Liqası: IV tura 8 oyunla start verilib
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!