19 Avqust 2021 21:40
2210
MSK
A- A+

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Məzahir Pənahovun sədrliyi ilə avqustun 19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 13 fevral, 15 fevral, 17 fevral, 18 fevral, 19 fevral, 20 fevral, 21 fevral, 22 fevral, 23 fevral, 24 fevral, 25 fevral 2020-ci il və 27 aprel 2021-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra respublika üzrə dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, seçki qanunvericiliyinə əsasən seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2021-ci il aprelin 27-də Mərkəzi Seçki Komissiyası yeni tərkibdə formalaşdırılıb. Hazırda ölkədəki 125 seçki dairəsi dairə seçki komissiyalarının da üzvləri təyin olunmalı və dairə seçki komissiyaları yenidən təşkil edilməlidir.

Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada hər bir dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən hər bir dairə seçki komissiyasına namizədlərin ikisi maraqlı tərəflərlə – bir namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə razılaşdırılaraq irəli sürülür.

Mərkəzi Seçki Komissiyasının iclasında aparılan müzakirələrdən sonra yuxarıda sözügedən prinsiplər əsas götürülməklə namizədliyi təqdim olunan şəxslərin dairə seçki komissiyalarının üzvləri təyin olunması barədə qərar qəbul edildi. Beləliklə, respublika üzrə 125 seçki dairəsinin dairə seçki komissiyaları tam tərkibdə yenidən təşkil olunub.

Qeyd edək ki, dairə seçki komissiyalarının yeni tərkibdəki üzvlərinin təqribən 90 faizi ali təhsillidir.

Xarici qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video