Mərkəzi Elmi Kitabxana ilə Özbəkistanın Elmi-Texniki İnformasiya Mərkəzi əməkdaşlıq edəcək
Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev və Geofizika və nanomineralogiya şöbəsinin müdiri İlxom Alimuxammed AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar kitabxananın sərgi salonu, 15 akademikin büstlərindən ibarət qalereya, Nadir kitablar və qiymətli nəşrlər fondu, eləcə də Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar. MEK-in baş direktoru professor Məmməd Əliyev qonaqlara kitabxananın fəaliyyəti və iş prinsipləri haqqında ətraflı məlumat verib.
Dəyirmi masa ətrafında davam edən görüşdə hər iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Məmməd Əliyev MEK-in Özbəkistanın Elmi-Texniki İnformasiya Mərkəzi ilə əməkdaşlığına böyük ümidlərlə yanaşdığını qeyd edib. O bildirib ki, istər mədəni, istərsə də elmi sahələrdə müxtəlif səpkili layihələrin həyata keçirilməsi hər iki ölkənin əlaqələrinin inkişafına töhfə verəcək. Vurğulanıb ki, Əlişir Nəvai adına Özbəkistan Respublikası Milli Kitabxanası ilə kitab, informasiya və təcrübə mübadilələrinin aparılması oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracaq. M.Əliyev Özbəkistan kitabxanaları ilə mübadilə və əməkdaşlıq məsələlərindən də söz açıb.
Özbəkistan İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev MEK-də yaradılan şəraiti yüksək qiymətləndirib. O, həmçinin bugünkü görüşdə səmərəli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün möhkəm zəmin yarandığını qeyd edib.
Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri dosent Esmira Əlirzayeva və Elmi təşkilat idarəsinin rəisi dosent Rüstəm Rüstəmov iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təs...
19 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İnformasiya Texnologiyaları (İT) sahəsi...
19 Aprel
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub
18 Aprel
Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyas...
18 Aprel
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
18 Aprel
Türkiyədə zəlzələ olub
18 Aprel
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub...
18 Aprel
Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfrans...
18 Aprel
Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi kon...
18 Aprel
Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyə...
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!