30 Avqust 2022 00:55
2450
Oxucu məktubları
A- A+

Mənə göstərilən diqqətdən razıyam

 

30 illik işğaldan sonra doğma yurdumuz olan Qarabağ düşməndən azad edildi. Sevinirəm ki, xalqımıza bu sevinci yaşadanlar arasında mən də varam. 
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə mən də iştirak etmişəm. Döyüşdə yaralandığıma görə 2-ci qrup əliləm. Lakin bu, məni qətiyyən narahat etmir. Dövlətimiz mənə və mənim kimi minlərlə müharibə əlilinə qayğıkeşliklə yanaşır. Demək olar ki, bütün imtiyazlardan istifadə edirəm. 
Xeyli vaxt idi ki, mənzil problemi yaşayırdım. Bu yaxınlarda yaşayış sahəsinə ehtiyacı olan müharibə əlili kimi Qazax Rayon İcra Hakimiyyətinə müraciət etdim. Müraciətimə diqqətlə yanaşdılar. Məni mənzil növbəsinə götürdülər. 
Hörmətli redaksiya! Xahiş edirəm mənim mənzil problemimi qaydaya salan əlaqədar təşkilatlara minnətdarlığımı çatdırasınız.

Şahlar SÜLEYMANOV,
Qazax rayonu Ağköynək kənd sakini, 
II qrup Qarabağ müharibəsi əlili

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video