23 Sentyabr 2022 00:44
645
Təhsil
A- A+

Məktəblilərə yeni bir dəstək

 

bp "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - SOCAR, TPAO, LUKOİL, NİCO, MOL, "Equinor", SGC, İNPEX, "ExxonMobil", İTOCHU, "TotalEnergies", "Eni", "ONGCVidesh" adından məktəblərin yuxarı sinif şagirdləri üçün yeni tədris və təlim materialının hazırlanması məqsədi daşıyan sosial layihənin uğurla başa çatdığını elan edib. Bu layihə həmçinin ölkədə distant təhsil imkanlarının gücləndirilməsi səylərini dəstəkləyir.
Layihənin hazırlayıb təklif etdiyi materail tədris planından kənar məzmun olmaqla karyera planlaşdırması, maliyyə savadlılığı və sahibkarlıq haqqında onlayn dərslər üçün nəzərdə tutulub. Material hazırlandıqdan sonra videodərslər şəklində ümumi və onlayn televiziyalar, həmçinin digər rəqəmsal kanallar vasitəsilə geniş təqdim edilib. Sahibkarlıq haqqında 10 dərs, maliyyə savadlılığı haqqında 9 dərs və karyera planlaşdırması haqqında 2 dərs hazırlanıb. Bunların arasında "Mən sahibkaram", "Mənim büdcəm", "Mənim gələcəyim" kimi bəzi videodərslər Təhsil Nazirliyinin 114 min abunəçisi olan yutub kanalında kifayət qədər populyarlaşıb.
Bundan əlavə, layihə dövlət və özəl sektoru təmsil edən uğurlu karyera sahibləri ilə keçirilmiş doqquz onlayn müsahibə əsasında hazırlanmış xüsusi təlim proqramları da təklif edib. Bunlar məşğulluq tendensiyaları, karyera yolları və iş tələbləri kimi mövzularda interaktiv müzakirələrdən ibarət olub.
Layihənin məqsədi həmçinin maliyyə savadlılığı və sahibkarlıq mövzularında sinifdənkənar məşğələlər üçün vəsait hazırlanmasında Təhsil Nazirliyinə dəstək vermək olub. Nazirlik artıq bu məzmunu ölkənin müxtəlif yerlərində ümumilikdə 30 məktəbdə istifadə etməyə başlayıb. Bu məşğələlərə hazırlıq məqsədilə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı, Qax, Zaqatala və Qəbələdən seçilmiş məktəblərin bir qrup müəllimi üçün onlayn təlim təşkil olunub və həmin müəllimlər xüsusi hazırlanmış metodik vəsaitlə təmin edilib.
Layihənin dəyəri 60 min manat təşkil edib və layihə müddəti 11 ay olub. Layihənin icraçısı Azərbaycan Gənclərinin Nailiyyəti (Junior Achievement Azerbaijan) İctimai Birliyidir.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video