21 Yanvar 2022 10:24
466
SİYASƏT
A- A+

Meksikada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyində anım mərasimi keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Meksikada yaşayan soydaşlarımız, Azərbaycanın meksikalı dostları və Meksika Konqresinin üzvü, deputat Navor Roxasın iştirakı ilə baş tutmuş tədbirdə ilk olaraq, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfir Məmməd Talıbov qonaqlara Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi, bu yolda məruz qaldığı 20 Yanvar qətliamı və bu faciənin Azərbaycan tarixinin ən ağrılı, eyni zamanda, ən şanlı səhifələrindən biri olmasından bəhs edib.

Ümummilli lider Heydər Əliyevin dövrünün ağır şərtlərinə baxmayaraq, bu cinayəti kəskin şəkildə pisləyən, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsi və günahkarların cəzalandırılmasını tələb edən ilk dövlət xadimi olduğunu deyən M.Talıbov, bu cinayətin Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında hərbi təcavüz və cinayət kimi qiymətləndirildiyini bildirib.

Sonra M.Talıbov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və Azərbaycanın müstəqilliyi, habelə suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib.

Tədbirdə iştirak edən deputat Navor Roxas Azərbaycan xalqına səmimi başsağlığı diləklərini ifadə edib.

Mərasim zamanı iştirakçılara 20 Yanvar faciəsinin xronikası və xalqımızın azadlıq uğrunda sarsılmaz mübarizəsini əks etdirən videoçarx nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video