15 Oktyabr 2025 23:07
408
DÜNYA
A- A+
Mark Rütte: NATO bir milyard insanın təhlükəsizliyi və ərazilərin qorunması üçün nə lazımdırsa edir

Mark Rütte: NATO bir milyard insanın təhlükəsizliyi və ərazilərin qorunması üçün nə lazımdırsa edir


NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısı başa çatıb.

AZƏRTAC Alyansın saytına istinadla xəbər verir ki, NATO-nun Haaqa Sammitindən sonra keçirilən ilk görüşdə çəkindirici siyasət, pilotsuz uçuş aparatlarına qarşı təşəbbüslər, müdafiə sərmayələri və Ukraynaya dəstək məsələləri müzakirə olunub. Nazirlər NATO-nun çəkindirici və müdafiə potensialının gücləndirilməsi məsələsini, o cümlədən “Şərq Keşikçisi” (“Eastern Sentry”) proqramı çərçivəsində görüləcək tədbirləri müzakirə ediblər.

Baş katib Mark Rütte Alyansın hazırlıq vəziyyətindən danışıb: “NATO müdafiə xarakterli alyansdır. Bu müdafiə alyansı bir milyard insanın təhlükəsizliyi və ərazilərin qorunması üçün nə lazımdırsa edir”.

Müzakirələr zamanı müdafiə xərclərinin artırılması və yeni təhdidlərə uyğun innovativ yanaşmalar önə çəkilib. Son hadisələrdən çıxarılan nəticələr əsasında nazirlər NATO-nun pilotsuz uçuş aparatlarına qarşı imkanlarını genişləndirmək üçün əlavə tədbirlərin həyata keçirilməsi barədə razılığa gəliblər. Bu tədbirlər çərçivəsində “Şərq Keşikçisi” proqramı daxilində inteqrasiya olunmuş dron əleyhinə sistemlərin sınaqdan keçirilməsi, həmçinin Avropa İttifaqı və özəl sektorla sürətli innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

İclasda üzv ölkələr Ukraynaya sarsılmaz dəstəklərini bir daha təsdiqləyiblər. Bu mövzu Ukraynanın müdafiə naziri Denis Şmıqal və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın iştirakı ilə keçirilən NATO–Ukrayna Şurasının iclasında və Ukrayna Müdafiə Əlaqə Qrupunun toplantısında müzakirə olunub.

Mark Rütte Rusiyanın qış mövsümündən əvvəl Ukraynanın mülki infrastrukturuna hücumlarını davam etdirdiyi bir vaxtda müttəfiqlərin yardımının əhəmiyyətini vurğulayaraq, bu dəstəyin fasiləsiz davam edəcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan XİN Zəfər Günü münasibətilə bəyanat yayıb

00:41
08 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

00:09
08 Noyabr

Türkiyəli professor: Qarabağ Zəfəri bir millətin öz tarixinə bağlılığının dastanıdır

23:52
07 Noyabr

TDT: Azərbaycan xalqının nümayiş etdirdiyi qəhrəmanlıq və birlik ruhunu fəxrlə yad edirik  

23:38
07 Noyabr

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı videoçarx paylaşıb VİDEO

23:32
07 Noyabr

Gürcü politoloq: Azərbaycanın qələbəsi nəticəsində Cənubi Qafqaz sülh, rifah regionuna çevriləcək  

23:06
07 Noyabr

VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib YENİLƏNİB

22:51
07 Noyabr

Tramp Ağ Evdə Macarıstanın Baş naziri ilə görüşüb  

22:47
07 Noyabr

Pəncəli Teymurovun anası: Prezident Zəfər Bayramı münasibətilə bizi ikiqat sevindirdi

22:26
07 Noyabr

Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb  

22:24
07 Noyabr

Sahibə Qafarova COP30 çərçivəsində “Enerji Keçidi” mövzusunda sessiyada çıxış edib  

22:23
07 Noyabr

Parlamentin 4 komitəsinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

22:21
07 Noyabr

Ermənistan vətəndaşlarının məhkəməsində daha 10 təqsirləndirilən şəxslə bağlı sübutlar elan olunub

22:02
07 Noyabr

Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub YENİLƏNİB 

22:00
07 Noyabr

“Zəfərə açılan pəncərə” bədii-sənədli filmin təqdimatı olub

21:59
07 Noyabr

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib

21:51
07 Noyabr

Prezident İlham Əliyev və Pakistanın Baş naziri birgə nahar ediblər

20:44
07 Noyabr

Dövlət Komitəsində Zəfərin beşinci ildönümü ilə əlaqədar Qarabağ müharibəsi veteranları ilə görüş olub  

20:42
07 Noyabr

Azərbaycanın və Slovakiyanın müdafiə nazirləri əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər  

20:40
07 Noyabr

Qazaxıstan XİN ölkənin “İbrahim sazişi”inə qoşulduğunu bəyan edib  

20:35
07 Noyabr

Şəhid ailələrinin üzvləri və müharibə iştirakçısı olan 132 min şəxsə 403 min xidmət göstərilib  

20:34
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!