03 Oktyabr 2025 14:52
6330
COP29
A- A+
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib  

Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib  


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə oktyabrın 2-3-də Bakı Konqres Mərkəzində “Xəzər dənizi üçün dönüş nöqtəsi: COP29 və UNOC 2025 nəticələrindən COP30 üzrə fəaliyyətə keçid” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də açılış sessiyasında çıxış edən Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Great Whale Conservancy” təşkilatının təsisçisi və direktoru Maykl Fişbax, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş əməliyyat direktoru Yucin Six və tədbirə onlayn qoşulan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Cenevrə Qlobal Resurs Məlumat Bazasının direktoru Paskal Peduzzi dünyanın ən böyük və analoqu olmayan su hövzəsi olan Xəzər dənizinin problemlərindən bəhs edib, dəniz səviyyəsinin azalması, bioresursların tükənməsi, sahilyanı ekosistemlərin deqradasiyası və çirklənmə kimi çağırışların hər bir dövlətin təkbaşına həll edəcəyi problemlər olmadığını diqqətə çatdırıblar.

Qeyd olunub ki, Xəzərin səviyyəsində son onillikdə müşahidə olunan enmə prosesləri həm sahilyanı infrastruktur, həm də ekosistemlər üçün ciddi fəsadlar yaradır. Son 30 ildə 2,5 metr enmə yaranıb ki, bu da balıqçılıq təsərrüfatı, yaşayış məntəqələri və ekosistemlərin dayanıqlığına mənfi təsir göstərir. Suyun çəkilməsi də yeni ekoloji risklər yaradır. Belə ki, torpaq duzlaşması, bioloji müxtəlifliyin zəifləməsi kimi problemlər ortaya çıxır. Bildirilib ki, qlobal əhəmiyyətə malik olan Xəzər dənizində iqlim dəyişikliyi səbəbindən gedən proseslərin təsir və nəticələri regional xarakter daşıyır və yalnız koordinasiyalı tədbirlər, ortaq tədqiqatlar və qarşılıqlı etimad şəraitində aradan qaldırıla bilər. Həmçinin Azərbaycanın COP29 sədrliyi dövründə əldə olunan nəticələrin praktiki addımlara transformasiyasının vacib olduğu da vurğulanıb.

Tədbir müzakirələrlə davam edib. Müzakirələrdə çıxış edən COP29 Prezidentliyi, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), eləcə də müxtəlif ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin nümayəndələri Xəzər dənizinin mühafizəsi üzrə regional əməkdaşlıq imkanları, su ehtiyatlarının idarəolunması və beynəlxalq səviyyədə koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunublar. İştirakçılar Xəzər dənizinin ekoloji vəziyyətinə dair mövcud çağırışları qeyd edərək, beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, IDEA və Caspisnet elmi şəbəkəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirin məqsədi 10-dan çox ölkəni təmsil edən dəniz ekologiyası, dayanıqlı akvakultura, hidrologiya, coğrafi informasiya sistemləri və bir sıra digər müvafiq sahələr üzrə ixtisaslaşmış alim və ekspertləri bir araya gətirərək Xəzər dənizinin səviyyəsinin dəyişmə dinamikası, dəniz biomüxtəlifliyi və ekoloji balansın qorunması yollarına dair fikir mübadiləsi aparmaq, eləcə də birgə həll yollarını müzakirə etməkdən ibarətdir.

Tədbir çərçivəsində, həmçinin iştirakçıların Xəzərin zəngin biomüxtəlifliyi ilə birbaşa tanış olmaları üçün Abşeron Milli Parkına səfəri təşkil ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH  

15:21
16 Noyabr

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

15:17
16 Noyabr

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub  

15:13
16 Noyabr

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib  

15:09
16 Noyabr

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək  

15:06
16 Noyabr

Hande Harmancı: Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsi innovasiya və rəqəmsal xidmətləri önə çıxarır  

15:01
16 Noyabr

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

14:57
16 Noyabr

Volodimir Zelenski: Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür

14:56
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!